12px13px15px17px
Tarix:01/11/13

“Panasonic” plazma televizorların istehsalından imtina edir


Yaponiyanın “Panasonic” şirkəti cari maliyyə ilinin sonunda (2014-cü il, mart) plazma televizorların istehsalı üzrə biznesi tamamilə tərk edəcək. Bu barədə şirkət nümayəndələri rüblük nəticələri açıqlayan zaman bildiriblər. “Panasonic”in plazma televizorlar bazarını tərk etməsi Cənubi Koreyanın “Samsung” və “LG” şirkətlərinin təzyiqi fonunda Yaponiya televizor sənayesinin zəifləməsinə bir daha dəlalət edir.
İstehsalçının televizor bölməsi ötən il şirkətin biznes strukturunda nəhəng strukturlardan biri olsa da, maliyyə baxımından ən zərərli bölmə olmaqla son 2 ildə 15 milyard dollarlıq itkilərlə üzləşib. Son ildə televizor bölməsi “Panasonic”ə 88,5 milyard yen və ya 913 milyard dollar məbləğində əməliyyat itkisi gətirib.

“Panasonic” Yaponiyanın mərkəzi hissəsində yerləşən plazma panellərin buraxılışı üzrə zavodunda istehsalı tam dayandırmağı planlaşdırır. Zavodun bağlanması ilə əlaqədar şirkət 40 milyard yen məbləğində itkilərlə üzləşəcək.

“DisplaySearch” analitik şirkətinin məlumatına görə, hazırda Yaponiyanın "Panasonic”, “Sharp” və “Sony” şirkətləri genişformatlı panellər bazarında ümumilikdə 20 faizlik paya sahib olduğu halda təkcə “Samsung”un payı 27, “LG”-nin 15 faizdən çox təşkil edir. 
Şirkətin məlumatında o da qeyd olunur ki, “Panasonic” plazma texnologiyalar ilə əlaqədar biznesin inkişafı üçün müxtəlif variantları öyrənməkdə davam edəcək. Bundan başqa, bildirilir ki, Yaponiyanın mərkəzi hissəsindəki zavodda çalışan yüzlərlə işçi şirkətin digər bölmələrinə keçiriləcək, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  







Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024