12px13px15px17px
Tarix:01/11/13

Serversiz internet dövrü gəlir?!

Avropa tədqiqatçılar qrupu serverlərdən istifadəni nəzərdə tutmayan internet arxitekturası üzərində işləyir. Bu barədə layihə iştirak edən Kembric Universitetinin saytında yazılıb. Avropa Birliyi layihəyə maliyyə yardımı göstərir.

“Pursuit” adlandırılmış layihə desentralizasiya olunmuş pirinq şəbəkə ideologiyasının internetə tətbiqi nəzərdə tutur. Ayrılmış serverlər yoxdur, şəbəkə qovşaqları həm server, həm də klient rolunda çıxış edə bilər.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni arxitektura ilə işləyən şəbəkələrdə verilənlər (və ya bir verilənlər blokunun müxtəlif fraqmentləri) istifadəçi qurğularında – məsələn, kompüter və smartfonlarda saxlanılır. Tərtibatçıların sözlərinə görə, “Pursuit” layihəsində əsas diqqət veb ünvanlara deyil, informasiyaya ayrılıb.

Tərtibatçıların fikrincə, daha yüksək sürətli məlumat mübadiləsi və daha yüksək etibarlılıq arxitekturanın üstünlüyüdür. İstifadəçilər, həmçinin onların informasiyasına girişə malik şəxslərə asanlıqla nəzarət etmək mümkün olacaq.
Sözügedən arxitekturanın işlənməsi 2010-cu ildən aparılır.

Emil Hüseynov



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024