Tarix:01/11/13
Bununla bağlı qərar Səlahiyyətli Nümayəndələr Komitəsinin 64-cü iclasında verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, müasir qeyri-ənənəvi energetika milli iqtisadiyyatın elmi-texniki və innovativ inkişafını təmin edən əsas istiqamətlərdən biridir. Toplunun məzmunu müasir qeyri-ənənəvi (alternativ) enerjinin əsas problemləri, onun fiziki əsasları, kompüter modelləşdirməsinin istifadəsi, yeni enerji mənbələrinin yaradılması məsələlərinin yüksək elmi-texniki səviyyədə baxılmasına istiqamətlənib.
Kitabda elm və təhsil təşkilatlarında, BETİM-ə üzv olan və digər ölkələrin innovasiya sferası təşkilatlarında bu sahədə çalışan energetiklərin, alimlərin tədqiqat və işləmələrinin nəticələrinin göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, BETİM-in üzv ölkələri sırasında 22 dövlət yer alıb. Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin mənzil-qərargahı Moskva şəhərində yerləşir. BETİM-in əsas vəzifəsi beynəlxalq əməkdaşlığa elm, texnologiya və biznes sahəsində informasiya, analitik, konsultasiya və təşkilati dəstəyin göstərilməsidir.
Həqiqət İSABALAYEVA
“BETİM Birliyində innovasiya prosesləri” toplusu seriyasında yeni təqdimat planlaşdırılır
Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinə (BETİM) üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin (SNK) 65-ci iclasında "BETİM Birliyində innovasiya prosesləri" toplusu seriyasında "Energetika problemləri və qeyri-ənənəvi enerji mənbələri" beynəlxalq informasiya-analitik toplusunun VII nəşrinin şəbəkə layihəsinin hazırlanması və təqdimatı planlaşdırılır. Təqdimat 2013- cü ilin IV rübünün sonu - 2014-cü ilin əvvəlində BETİM mənzil-qərargahı tərəfindən üzv ölkələrin nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək.Bununla bağlı qərar Səlahiyyətli Nümayəndələr Komitəsinin 64-cü iclasında verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, müasir qeyri-ənənəvi energetika milli iqtisadiyyatın elmi-texniki və innovativ inkişafını təmin edən əsas istiqamətlərdən biridir. Toplunun məzmunu müasir qeyri-ənənəvi (alternativ) enerjinin əsas problemləri, onun fiziki əsasları, kompüter modelləşdirməsinin istifadəsi, yeni enerji mənbələrinin yaradılması məsələlərinin yüksək elmi-texniki səviyyədə baxılmasına istiqamətlənib.
Kitabda elm və təhsil təşkilatlarında, BETİM-ə üzv olan və digər ölkələrin innovasiya sferası təşkilatlarında bu sahədə çalışan energetiklərin, alimlərin tədqiqat və işləmələrinin nəticələrinin göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, BETİM-in üzv ölkələri sırasında 22 dövlət yer alıb. Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin mənzil-qərargahı Moskva şəhərində yerləşir. BETİM-in əsas vəzifəsi beynəlxalq əməkdaşlığa elm, texnologiya və biznes sahəsində informasiya, analitik, konsultasiya və təşkilati dəstəyin göstərilməsidir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 825
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır