Tarix:01/11/13
“ICTnews” xəbər xidmətinin Koreyanın Azərbaycandakı səfiri Ço Suk-İnnomun müsahibəsinə istinadən verdiyi məlumata əsasən, bu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsinin və rəqəmli multimedia infrastrukturunun yaradılması layihəsi” və “Müəllimlərin potensialının gücləndirilməsi və təhsil informasiya sisteminin yaradılması layihəsidir”.
Azərbaycan regionlarında Koreya mütəxəssislərinin iştirakı ilə təlim mərkəzləri yaradılacaq. Layihə Koreyanın “Eximbank”ı ilə Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək. Layihə çərçivəsində şirkətlərdə iş axtarışı üzrə müxtəlif peşəkar kurslar keçiriləcək. Səfirin sözlərinə əsasən, hazırda hər iki tərəf bu layihənin reallaşması üçün tələb olunan sənədlər hazırlayırlar. Peşəkar hazırlıq mərkəzi 8 sahə üzrə fəaliyyət göstərəcək. Bunlar avtomobil, elektrotexnika, sənaye, avtomatlaşdırma, tikinti, elektronika və informasiya texnologiyaları sahələridir.
Mərkəz 800 təcrübəçi üçün təlimlərin keçirilməsini nəzərdə tutur (onlardan 320-si ikiillik kurslar, 480-ni isə daha qısamüddətli kurslar keçəcəklər). Layihənin maksimal büdcəsi 39.28 milyon dollar həcmində müəyyənləşdirilib, ondan 22 milyon dollar “EDCF of Korea”nın krediti hesabına ayrılacaq, qalan 17.28 milyon dolları isə - Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına formalaşacaq.
Aynur Vəliyeva
Koreya Azərbaycanın İKT sahəsində bir sıra layihələr reallaşdıracaq
Koreyanın beynəlxalq əməkdaşlıq üzrə agentliyi (KOICA) Azərbaycanın təhsil sahəsində yeni layihə həyata keçirmək niyyətindədir.“ICTnews” xəbər xidmətinin Koreyanın Azərbaycandakı səfiri Ço Suk-İnnomun müsahibəsinə istinadən verdiyi məlumata əsasən, bu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsinin və rəqəmli multimedia infrastrukturunun yaradılması layihəsi” və “Müəllimlərin potensialının gücləndirilməsi və təhsil informasiya sisteminin yaradılması layihəsidir”.
Azərbaycan regionlarında Koreya mütəxəssislərinin iştirakı ilə təlim mərkəzləri yaradılacaq. Layihə Koreyanın “Eximbank”ı ilə Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək. Layihə çərçivəsində şirkətlərdə iş axtarışı üzrə müxtəlif peşəkar kurslar keçiriləcək. Səfirin sözlərinə əsasən, hazırda hər iki tərəf bu layihənin reallaşması üçün tələb olunan sənədlər hazırlayırlar. Peşəkar hazırlıq mərkəzi 8 sahə üzrə fəaliyyət göstərəcək. Bunlar avtomobil, elektrotexnika, sənaye, avtomatlaşdırma, tikinti, elektronika və informasiya texnologiyaları sahələridir.
Mərkəz 800 təcrübəçi üçün təlimlərin keçirilməsini nəzərdə tutur (onlardan 320-si ikiillik kurslar, 480-ni isə daha qısamüddətli kurslar keçəcəklər). Layihənin maksimal büdcəsi 39.28 milyon dollar həcmində müəyyənləşdirilib, ondan 22 milyon dollar “EDCF of Korea”nın krediti hesabına ayrılacaq, qalan 17.28 milyon dolları isə - Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına formalaşacaq.
Aynur Vəliyeva
Baxış sayı: 782
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır