12px13px15px17px
Tarix:02/11/13

Almaniyada yüksək texnoloji məhsul və xidmət istehsalçıları üçün biznes-forum keçiriləcək

25-26 fevral 2014-cü il tarixlərində Almaniyada Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi (BETİM) (Moskva) və İCU İnnovasiya Birliyinin (Bavariya) birgə təşkilatçılığı ilə beynəlxalq biznes-forum keçiriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, forumun məqsədi qarşılıqlı faydalı sənaye, texnoloji və ticarət əməkdaşlığının inkişafı məqsədi ilə Avropanın ən iri regionu sayılan Bavariyanın yüksək texnoloji məhsul və xidmət istehsalçıları ilə BETİM-ə üzv dövlətlərdən olan, bu sahədə maraqlı tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasıdır.
 
Forumun iştirakçıları alman tərəfdaşlarına öz xarici iqtisadi və texnologiya potensialını təqdim edə, həmçinin öz regional bazarlarına yüksəktexnologiyalı məhsulların çatdırılmasının təşkili imkanlarını müzakirə edə biləcəklər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024