12px13px15px17px
Tarix:02/11/13

“Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 05 – 08 noyabr 2013-cü il tarixlərində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçiriləcək.
 
 
Bu barədə məlumat verən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının baş kitabxanaçısı, “Azlibnet”in məsul katibi Günay Həsənova bildirib ki, treninqdə Samux, Qusar, Siyəzən, Göygöl, Göyçay, Yardımlı, Bərdə, Yevlax, Şuşa, Zəngilan və digər rayon kitabxana əməkdaşları iştirak edəcəklər.
 
Onun sözlərinə görə, 6 oktyabr 2008-ci il tarixdən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə təsdiq edilmiş Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq treninqlər keçirilib. Növbəti treninqlər də bu silsilədəndir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024