Tarix:02/11/13
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “iGoogle” xidməti 2005-ci ildə istifadəyə verilib. Bu xidmətin köməyilə istifadəçilər onlar üçün ən maraqlı xəbərlərin məlumatından ibarət fərdiləşdirilmiş səhifələr yarada, ora elektron poçt xidmətindən bildirişləri, təqvim və başqa xidmətləri yerləşdirə, informasiya vidcetlərindən istifadə edə bilərdilər.
Şirkət “iGoogle” xidmətinin fəaliyyətini dayandırmasını onunla əsaslandırır ki, müasir texnologiyalar, mobil qurğular, mobil tətbiqlər, müxtəlif xidmətlər informasiya qəbulunun operativ üsullarını təklif edir. “Chrome” və ya “Android” kimi yeni tətbiq və platformaların inkişafı ilə əlaqədar “iGoogle” xidməti öz aktuallığını itirib. Buna görə 2013-cü il noyabrın 1-də öz işini tamamilə dayandırıb.
Qeyd etmək lazımdır ki, “Google” hələ ötən il xidmətin dayandırılacağı haqqında istifadəçilərə xəbərdarlıq etməyə başlayıb.
Emil Hüseynov
“Google” daha bir xidmətinin işini dayandırıb
“Google” şirkəti gəlirsiz layihələrini bağlamağa davam edir. Biznesin optimallaşdırılması üzrə növbəti “qurban” kifayət qədər populyar “iGoogle” xidməti olub.“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “iGoogle” xidməti 2005-ci ildə istifadəyə verilib. Bu xidmətin köməyilə istifadəçilər onlar üçün ən maraqlı xəbərlərin məlumatından ibarət fərdiləşdirilmiş səhifələr yarada, ora elektron poçt xidmətindən bildirişləri, təqvim və başqa xidmətləri yerləşdirə, informasiya vidcetlərindən istifadə edə bilərdilər.
Şirkət “iGoogle” xidmətinin fəaliyyətini dayandırmasını onunla əsaslandırır ki, müasir texnologiyalar, mobil qurğular, mobil tətbiqlər, müxtəlif xidmətlər informasiya qəbulunun operativ üsullarını təklif edir. “Chrome” və ya “Android” kimi yeni tətbiq və platformaların inkişafı ilə əlaqədar “iGoogle” xidməti öz aktuallığını itirib. Buna görə 2013-cü il noyabrın 1-də öz işini tamamilə dayandırıb.
Qeyd etmək lazımdır ki, “Google” hələ ötən il xidmətin dayandırılacağı haqqında istifadəçilərə xəbərdarlıq etməyə başlayıb.
Emil Hüseynov
Baxış sayı: 730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib