12px13px15px17px
Tarix:12/08/11

“Twitter” mikrobloq şəbəkəsini yenə yenilədi

“Twitter” mikrobloqlar xidməti yeni hadisələr haqqında istifadəçilərin xəbərdarlığı sistemini dəyişdirib, “Twitter”in rəsmi bloqunda bildirilib. Xəbərdarlıq lenti iki axına bölünüb. Birinci axına şəxsən istifadəçinin özünə aid olan (məsələn, digər istifadəçilərin onun “tvit”ini dərc etmələri, seçilmiş kimi qeyd etmələri, ona mesaj yazmaları və ya onun mikrobloqunun abunəçiləri olması) hadisələr haqqında xəbərdarlıqlar daxildir. İkinci axında isə istifadəçinin dostlarına aid olan, məsələn, onların hansı mikrobloqlara abunə olmaları, hansı "tvit"i seçilmişə əlavə etmələri və sairə haqqında xəbərdarlıqlar əks olunur. Avqust ayının əvvəlindən “Twitter” bir neçə yenilik edib; köhnə versiyadan qəti olaraq imtina edib və şəkillərin yüklənməsi funksiyasını əlavə edib.



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024