Tarix:04/11/13
Regional direktor regional ofislər tərəfindən həyata keçirilən işlərin düzgün təşkilini, planlaşdırılmasını və istiqamətləndirilməsini təmin etməlidir.
İş yeri Tailandın Banqkok şəhərində yerləşir, müqavilənin müddəti 2 il təşkil edir.
Təhsilə dair tələblərə biznes ya dövlət idarə olunma, beynəlxalq inkişaf, iqtisadiyyat ya telekommunikasiya üzrə universitet diplomu daxildir.
İnkişaf proqramlarının həll olunması sahəsində minimum 15 il iş təcrübəsi tələb olunur. İş təcrübəsinin minimum 7 ilini beynəlxalq təcrübə təşkil etməlidir. Aidiyyəti sahə üzrə əldə olunan doktorluq dərəcəsi iş təcrübəsinin 3 ilinə bərabərdir.
Namizəd birliyin 6 rəsmi dilindən (ərəb, çin, ingilis, fransız, rus və ispan) birində sərbəst danışmalıdır və ikinci dili orta səviyyədə bilməlidir. Üçüncü dili bilən namizədlərə üstünlük verilir. Şuranın 626 nömrəli qətnaməsinin müddəalarına uyğun olaraq dil tələbləri yalnız inkişaf etməkdə olan ölkələrdən olan namizədlər üçün yumşaldıla bilər, bu, o halda mümkündür ki, həmin ölkələrdən olan namizədlər təşkilatın 1 dilini yüksək səviyyədə bilsin.
İllik maaş (vergi çıxılmaqla) işçinin öhdəsində ailə üzvləri olmadığı təqdirdə 189,968.USD - 216,343.USD, ailə üzvləri olduğu halda isə 205,522.USD - 236,112. USD təşkil edir.
Seçilən namizədlər yazılı testdə iştirak etmək üçün dəvət olunacaq, namizədlər müsahibə üsulu ilə seçiləcək. Daha çox qadınlara üstünlük verilir.
Müraciətlərin qəbulu dekabrın 3-nə qədər davam edəcək.
İşin şərtləri haqqında bu link vasitəsilə - https://erecruit.itu.int/public/hrd-cl-vac-view.asp?jobinfo_uid_c=28092&vaclng=en daha ətraflı məlumat əldə etmək olar.
BTİ Asiya və Sakit Okean regionu üzrə ofisinə regional direktor axtarır
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Asiya və Sakit Okean regionu üzrə ofisinin regional direktoru vəzifəsinin tutulması barədə vakansiya elan edir.Regional direktor regional ofislər tərəfindən həyata keçirilən işlərin düzgün təşkilini, planlaşdırılmasını və istiqamətləndirilməsini təmin etməlidir.
İş yeri Tailandın Banqkok şəhərində yerləşir, müqavilənin müddəti 2 il təşkil edir.
Təhsilə dair tələblərə biznes ya dövlət idarə olunma, beynəlxalq inkişaf, iqtisadiyyat ya telekommunikasiya üzrə universitet diplomu daxildir.
İnkişaf proqramlarının həll olunması sahəsində minimum 15 il iş təcrübəsi tələb olunur. İş təcrübəsinin minimum 7 ilini beynəlxalq təcrübə təşkil etməlidir. Aidiyyəti sahə üzrə əldə olunan doktorluq dərəcəsi iş təcrübəsinin 3 ilinə bərabərdir.
Namizəd birliyin 6 rəsmi dilindən (ərəb, çin, ingilis, fransız, rus və ispan) birində sərbəst danışmalıdır və ikinci dili orta səviyyədə bilməlidir. Üçüncü dili bilən namizədlərə üstünlük verilir. Şuranın 626 nömrəli qətnaməsinin müddəalarına uyğun olaraq dil tələbləri yalnız inkişaf etməkdə olan ölkələrdən olan namizədlər üçün yumşaldıla bilər, bu, o halda mümkündür ki, həmin ölkələrdən olan namizədlər təşkilatın 1 dilini yüksək səviyyədə bilsin.
İllik maaş (vergi çıxılmaqla) işçinin öhdəsində ailə üzvləri olmadığı təqdirdə 189,968.USD - 216,343.USD, ailə üzvləri olduğu halda isə 205,522.USD - 236,112. USD təşkil edir.
Seçilən namizədlər yazılı testdə iştirak etmək üçün dəvət olunacaq, namizədlər müsahibə üsulu ilə seçiləcək. Daha çox qadınlara üstünlük verilir.
Müraciətlərin qəbulu dekabrın 3-nə qədər davam edəcək.
İşin şərtləri haqqında bu link vasitəsilə - https://erecruit.itu.int/public/hrd-cl-vac-view.asp?jobinfo_uid_c=28092&vaclng=en daha ətraflı məlumat əldə etmək olar.
Baxış sayı: 1036
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır