Tarix:04/11/13
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu təşəbbüsü yüksək qiymətləndirərək, qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini, bunun orta məktəblərdə və ali təhsil müəssisələrində diqqət mərkəzində olmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da müsabiqənin əsas devizi olan 15 qlobal çağırışın şagird və tələbələrin diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətindən danışaraq, bu missiyanın təhsilalanların həyata baxışlarının və peşə seçimlərinin düzgün formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.
Təhsildə İKT-nin tətbiqinə də toxunan nazir müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün həyata keçirilən işlərdən, o cümlədən “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ndan da söz açıb.
Həyata keçirilən dövlət proqramları sayəsində ötən müddətdə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü deyən Ə.Abbasov hazırda şagird-kompüter nisbətinin 20:1 həddinə çatdırıldığnı, İKT-nin təhsildə tətbiqinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Müsabiqənin yeni nəslin gələcək baxışlarının formalaşmasında müsbət istiqamətlər açdığını deyən gənclər və idman naziri Azad Rəhimov bu layihənin gənclər arasında yeni ideya axtarışlaına səbəb olduğunu söyləyib.
Müsabiqənin qlobal istiqamətlərinin kifayət qədər geniş olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyanın gələcək taleyinin bu çağırış fəlsəfəsinə gənclərin necə reaksiya göstərəcəyindən asılı olduğunu diqqətə çatdırıb.
Layihə haqqında məlumat verən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri (AFC) Reyhan Hüseynovanın sözlərinə görə, AFC Minilliyin Layihəsinin (ML)Azərbaycan Bölməsi kimi çıxış edir.
Müsabiqənin bu istiqamətdə keçirilən silsilə tədbirlərdən olduğunu deyən AFC sədri “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika İnşa Müsabiqəsinin hər il Azərbaycan məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirildiyini nəzərə çatdırıb: “Ötən ildən etibarən müsabiqədə universitet tələbələri- bakalavrlar da iştirak edə bilərlər. Minilliyin Layihəsinin 15 qlobal çağırışı üzrə təşkil edilən belə inşa müsabiqəsi ML-nin bölmələri tərəfindən müxtəlif ölkələrdə keçirilir.
Minilliyin Layihəsinin 15 qlobal çağırışı üzrə beynəlxalq inşa müsabiqəsi isə “Qlobal Minillik Prizi” adlanır. Ümumrespiblika inşa müsabiqəsində qalib gəlmiş inşalar adı çəkilən beynəlxalq müsabiqədə iştirak etmək üçün irəli sürüləcək”.
Mərasimdə “Qlobal Minillik Prizi” müsabiqəsinin ideya müəllifi və Minilliyin Layihəsinin Meksika Bölməsinin Konsepsion Olavarrieta, Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floreski də çıxış edərək, müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə ediblər.
Sonda müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, müsabiqə müddətində inşa yazılarının mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 890 namizəd arasından 15 nominasiya üzrə ilk üç yerə layiq görülmüş 51 nəfər finala çıxıb. Bunlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir.
Həqiqət İSABALAYEVA
“Gələcək nəsillərlə üz-üzə” 5-ci Ümumrespublika İnşa Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilən “Gələcək nəsillərlə üz-üzə” 5-ci Ümumrespublika İnşa Müsabiqəsi qaliblərinin Təhsil Nazirliyində mükafatlandırılma mərasimi keçirilib.Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu təşəbbüsü yüksək qiymətləndirərək, qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini, bunun orta məktəblərdə və ali təhsil müəssisələrində diqqət mərkəzində olmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da müsabiqənin əsas devizi olan 15 qlobal çağırışın şagird və tələbələrin diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətindən danışaraq, bu missiyanın təhsilalanların həyata baxışlarının və peşə seçimlərinin düzgün formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.
Təhsildə İKT-nin tətbiqinə də toxunan nazir müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün həyata keçirilən işlərdən, o cümlədən “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ndan da söz açıb.
Həyata keçirilən dövlət proqramları sayəsində ötən müddətdə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü deyən Ə.Abbasov hazırda şagird-kompüter nisbətinin 20:1 həddinə çatdırıldığnı, İKT-nin təhsildə tətbiqinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Müsabiqənin yeni nəslin gələcək baxışlarının formalaşmasında müsbət istiqamətlər açdığını deyən gənclər və idman naziri Azad Rəhimov bu layihənin gənclər arasında yeni ideya axtarışlaına səbəb olduğunu söyləyib.
Müsabiqənin qlobal istiqamətlərinin kifayət qədər geniş olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyanın gələcək taleyinin bu çağırış fəlsəfəsinə gənclərin necə reaksiya göstərəcəyindən asılı olduğunu diqqətə çatdırıb.
Layihə haqqında məlumat verən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri (AFC) Reyhan Hüseynovanın sözlərinə görə, AFC Minilliyin Layihəsinin (ML)Azərbaycan Bölməsi kimi çıxış edir.
Müsabiqənin bu istiqamətdə keçirilən silsilə tədbirlərdən olduğunu deyən AFC sədri “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika İnşa Müsabiqəsinin hər il Azərbaycan məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirildiyini nəzərə çatdırıb: “Ötən ildən etibarən müsabiqədə universitet tələbələri- bakalavrlar da iştirak edə bilərlər. Minilliyin Layihəsinin 15 qlobal çağırışı üzrə təşkil edilən belə inşa müsabiqəsi ML-nin bölmələri tərəfindən müxtəlif ölkələrdə keçirilir.
Minilliyin Layihəsinin 15 qlobal çağırışı üzrə beynəlxalq inşa müsabiqəsi isə “Qlobal Minillik Prizi” adlanır. Ümumrespiblika inşa müsabiqəsində qalib gəlmiş inşalar adı çəkilən beynəlxalq müsabiqədə iştirak etmək üçün irəli sürüləcək”.
Mərasimdə “Qlobal Minillik Prizi” müsabiqəsinin ideya müəllifi və Minilliyin Layihəsinin Meksika Bölməsinin Konsepsion Olavarrieta, Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floreski də çıxış edərək, müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə ediblər.
Sonda müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, müsabiqə müddətində inşa yazılarının mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 890 namizəd arasından 15 nominasiya üzrə ilk üç yerə layiq görülmüş 51 nəfər finala çıxıb. Bunlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1053
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı