12px13px15px17px
Tarix:04/11/13

Azərbaycanlı istifadəçilər ən çox hansı saytlarla maraqlanır?

Azərbaycanda “Opera Mini” brauzerinin istifadəçiləri arasında ən çox müraciət edilən saytların onluqları müəyyən edilib.

“ICTnews” xəbər xidmətinin şirkətin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, bu ilin üçüncü rübündə həmişə olduğu kimi “Opera Mini” brauzerinin istifadəçilər arasında ən çox müraciət edilən saytlar sırasına “Google” axtarış sistemi, “Facebook” və “Odnoklassniki” sosial şəbəkələri və “YouTube” servisi olub.

Maraqlı məqamlardan biri odur ki, “Java” telefonları sahibləri üçün “Odnoklassniki” sosial şəbəkəsi “Facebook”dan daha çox maraqlıdır. “iOS” qurğuları istifadəçilərini ən çox maraqlandıran saytların onluğuna yeganə  milli internet resursu “turbo.az” olub.

Qeyd edilən saytlardan sonra orta maraq doğuran saytlar sırasına “opera.com”, “mail.ru”, “vk.com”, “blogspot.com”, “wikipedia.org”, “yandex.ru” internet resursları daxildir.

Aynur Vəliyeva  
 



Baxış sayı: 3263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024