12px13px15px17px
Tarix:04/11/13

Estoniya ilə kompüter elmləri və informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant və magistrantların mübadiləsi aparılacaq

 Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universitetinin rektoru Volli Kalm ilə görüşüb. Rektor universitetin yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən, beynəlxalq qrant və proqramlarda iştirakından danışıb, Tartu Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
 
Rəhbərlik etdiyi universitet barədə məlumat verən rektor Volli Kalm da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Sonda BDU ilə Tartu Universiteti arasında kimya, biologiya, riyaziyyat və kompüter elmləri, informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələlərini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
 
 Qonaq BDU ilə yaxından tanış olub, elmi tədqiqat laboratoriyalarına baş çəkib. Qeyd edək ki, Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılıb və Estoniyanın ən tanınmış universitetlərindən biridir.
 
SEYMUR
 
 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024