Tarix:04/11/13
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, üçüncü rübdə bazara 258,4 milyon smartfon tədarük edilib. "IDC"-nin analitiki Rayen Reyt deyib ki, 2013-cü ilin dördüncü rübü smartfon bazarı üçün əsl yüksəliş dövrüdür və istehsalçılar maksimum yeniliklər təqdim etməyə çalışacaq.
"IDC"-nin qiymətləndirməsinə əsasən, hazırda tədarük edilən bütün smartfonların təxminən 33%-i Çinin payına düşür. Bu halda, şirkətin hesabatında əsas diqqət ona yetirilir ki, hazırda smartfonların qiyməti çox sürətlə aşağı düşür və bu, "Android" platforması ilə işləyən büdcəyə uyğun smartfon modellərinin kütləvi seqmentləri doldurması nəticəsində mümkündür.
Əgər hər bir şirkəti ayrı-ayrılıqda nəzərdən keçirsək, o zaman üçüncü rübdə Koreyanın "Samsung" şirkəti növbəti yerlərdə qərarlaşmış dörd istehsalçının ümumi göstəricisindən daha çox smartfon tədarük edib: 81,2 milyon smartfon və ya 31,4% bazar payı. Sonrakı yerdə 33,8 milyon aparat və ya 13,1% bazar payına malik "Apple" qərarlaşıb.
Emil Hüseynov
“IDC”: cari rübdə smartfonların satış həcmi rekord təşkil edəcək
"IDC" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin üçüncü rübündə smartfonların tədarük həcmi ötən rüblə müqayisədə 9% artıb. Adı çəkilən şirkətin proqnozuna əsasən, dördüncü rübdə də smartfonların tədarük həcmi kifayət qədər yüksək olacaq və ilin yekununa görə tədarük həcmi 1 milyarddan çox olacaq. Xatırladaq ki, 2011-ci ildə qlobal bazara təxminən 500 milyon smartfon tədarük edilib."ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, üçüncü rübdə bazara 258,4 milyon smartfon tədarük edilib. "IDC"-nin analitiki Rayen Reyt deyib ki, 2013-cü ilin dördüncü rübü smartfon bazarı üçün əsl yüksəliş dövrüdür və istehsalçılar maksimum yeniliklər təqdim etməyə çalışacaq.
"IDC"-nin qiymətləndirməsinə əsasən, hazırda tədarük edilən bütün smartfonların təxminən 33%-i Çinin payına düşür. Bu halda, şirkətin hesabatında əsas diqqət ona yetirilir ki, hazırda smartfonların qiyməti çox sürətlə aşağı düşür və bu, "Android" platforması ilə işləyən büdcəyə uyğun smartfon modellərinin kütləvi seqmentləri doldurması nəticəsində mümkündür.
Əgər hər bir şirkəti ayrı-ayrılıqda nəzərdən keçirsək, o zaman üçüncü rübdə Koreyanın "Samsung" şirkəti növbəti yerlərdə qərarlaşmış dörd istehsalçının ümumi göstəricisindən daha çox smartfon tədarük edib: 81,2 milyon smartfon və ya 31,4% bazar payı. Sonrakı yerdə 33,8 milyon aparat və ya 13,1% bazar payına malik "Apple" qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır