Tarix:05/11/13
İclasda Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Bakutel-2013" telekommunikasiya sərgi-konfransının ölkə, region və ümumilikdə dünya üçün kəsb etdiyi əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan sözügedən tədbirlər əhəmiyyət baxımından digərlərindən fərqlənir.
2013-cü ilin "İKT ili" olduğunu xatırladan nazir müavini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də dünyaya hərtərəfli çatdırılmasının vacibliyini qeyd edib: "Bu il keçirilən "Bakutel-2013" sərgisi mahiyyət və tərkib baxımından da fərqlənir. "Bakutel" çərçivəsində 12-yə yaxın paralel tədbirin keçirilməsi planlaşdırılıb. Bununla belə, çox əhəmiyyətli bir mövzuda – kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş konfrans keçiriləcək. Bu, bütün dünyanın diqqətində olan məsələdir. İnternet forumu ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, ikitərəfli biznes-forumların düzənlənməsi planlaşdırılan məsələlərin tərkib hissəsidir".
Daha sonra bildirilib ki, "Bakutel-2013" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin üzvlərinin görüşü nəzərdə tutulub. Bu zaman bir sıra məsələlər müzakirə olunacaq və çıxışlar dinləniləcək.
Qeyd edək ki, "Bakutel-2013" çərçivəsində dünya Azərbaycanlılarının I virtual konfransına da start veriləcək. Bu konfransı RİTN ilə Diasporla iş üzrə Dövlət Komitəsi birgə keçirəcək. Bu zaman dünyanın 8 dayaq nöqtəsindən konfransa birbaşa bağlantı olacaq. Bu zaman 20-yə yaxın ölkədə yaşayan soydaşlarımızın onlayn konfransa qoşulması nəzərdə tutulub.
Seymur Qasımbəyli
RİTN-də “Bakutel-2013 sərgi-konfransına hazırlıq müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Bakutel-2013" telekommunikasiya sərgi-konfransı ilə bağlı qrup rəhbərlərinin növbəti hazırlıq iclası keçirilib.İclasda Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Bakutel-2013" telekommunikasiya sərgi-konfransının ölkə, region və ümumilikdə dünya üçün kəsb etdiyi əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan sözügedən tədbirlər əhəmiyyət baxımından digərlərindən fərqlənir.
2013-cü ilin "İKT ili" olduğunu xatırladan nazir müavini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də dünyaya hərtərəfli çatdırılmasının vacibliyini qeyd edib: "Bu il keçirilən "Bakutel-2013" sərgisi mahiyyət və tərkib baxımından da fərqlənir. "Bakutel" çərçivəsində 12-yə yaxın paralel tədbirin keçirilməsi planlaşdırılıb. Bununla belə, çox əhəmiyyətli bir mövzuda – kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş konfrans keçiriləcək. Bu, bütün dünyanın diqqətində olan məsələdir. İnternet forumu ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, ikitərəfli biznes-forumların düzənlənməsi planlaşdırılan məsələlərin tərkib hissəsidir".
Daha sonra bildirilib ki, "Bakutel-2013" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinin üzvlərinin görüşü nəzərdə tutulub. Bu zaman bir sıra məsələlər müzakirə olunacaq və çıxışlar dinləniləcək.
Qeyd edək ki, "Bakutel-2013" çərçivəsində dünya Azərbaycanlılarının I virtual konfransına da start veriləcək. Bu konfransı RİTN ilə Diasporla iş üzrə Dövlət Komitəsi birgə keçirəcək. Bu zaman dünyanın 8 dayaq nöqtəsindən konfransa birbaşa bağlantı olacaq. Bu zaman 20-yə yaxın ölkədə yaşayan soydaşlarımızın onlayn konfransa qoşulması nəzərdə tutulub.
Seymur Qasımbəyli
Baxış sayı: 1007
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı