Tarix:05/11/13
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “WD” şirkətindən bildirilib ki, “HGST” törəmə şirkəti bu gün içərisi heliumla doldurulmuş 3,5 düymlük sərt disklərin tədarükünə başlayıb. Helium başqa struktura malikdir və sərt diskin lövhələrini bir-birinə daha yaxın yerləşdirməyə icazə verir. Nəticədə, şirkət bu gün içərisi adi qazla deyil, heliumla doldurulmuş və həcmi 6 TB olan dünyanın ilk korporativ sərt diskini təqdim edib. Ən tutumlu "hava" sərt disklərinin həcmi hazırda 4 TB təşkil edir.
Şirkətdən bildirilib ki, yeni “Ultrastar He6” sərt diskləri daha aşağı enerji sərfiyyatına (23%) malikdir. Bundan başqa, ənənəvi 4 TB-lıq sərt disklər 5 lövhəyə malikdir, halbuki içərisi heliumla doldurulmuş 6 TB-lıq daşıyıcı eyni ölçüləri saxlamaq şərtilə 7 lövhə yerləşdirməyə icazə verir.
“HGST”-dən yeni sərt disklərin qiyməti açıqlanmayıb, lakin bildirilib ki, onlar server və saxlanc sistemləri istehsalçılarına satılacaq.
Emil Hüseynov
“HGST” şirkəti helium əsasında işləyən sərt disklər çıxarıb
Hazırda “Western Digital” (WD) şirkətinin strukturuna daxil olan “HGST” sərt disk istehsalçısı təxminən 10 il müddətində yeni sərt disk konsepsiyası hazırlayıb. Bu konsepsiya daşıyıcının lövhələrini bir-birinə yaxın yerləşdirməyə icazə verir. Lakin gözləməyinə dəyərmiş. Şirkətdə hazırlanan sərt disklərin daxili heliumla doldurulub.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “WD” şirkətindən bildirilib ki, “HGST” törəmə şirkəti bu gün içərisi heliumla doldurulmuş 3,5 düymlük sərt disklərin tədarükünə başlayıb. Helium başqa struktura malikdir və sərt diskin lövhələrini bir-birinə daha yaxın yerləşdirməyə icazə verir. Nəticədə, şirkət bu gün içərisi adi qazla deyil, heliumla doldurulmuş və həcmi 6 TB olan dünyanın ilk korporativ sərt diskini təqdim edib. Ən tutumlu "hava" sərt disklərinin həcmi hazırda 4 TB təşkil edir.
Şirkətdən bildirilib ki, yeni “Ultrastar He6” sərt diskləri daha aşağı enerji sərfiyyatına (23%) malikdir. Bundan başqa, ənənəvi 4 TB-lıq sərt disklər 5 lövhəyə malikdir, halbuki içərisi heliumla doldurulmuş 6 TB-lıq daşıyıcı eyni ölçüləri saxlamaq şərtilə 7 lövhə yerləşdirməyə icazə verir.
“HGST”-dən yeni sərt disklərin qiyməti açıqlanmayıb, lakin bildirilib ki, onlar server və saxlanc sistemləri istehsalçılarına satılacaq.
Emil Hüseynov
Baxış sayı: 715
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır