Tarix:05/11/13
Dövlət komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,
Məlumat bankının yaradılması üçün nəzərdə tutulmuş vəsaitin ayrılması 2014-cü ilin büdcəsinə daxil edilib.
“Hazırda Uşaqların hüquqlarının təmin edilməsi üzrə elektron məlumat bankının strukturu hazırdır.
Gələn il məlumat bankının proqram təminatı və tələb olunan avadanlıqlar sifariş ediləcək, bu günədək artıq bu sahədə işləyən şirkətlərlə danışıqlar aparılıb və ilkin hesablamalara görə, layihənin həyata keçirilməsinə 100 min manat vəsait tələb oluna bilər. Sistemin hazırlanması üçün ən azı 9 ay müddət tələb olunur, sonra isə mürəkkəb sistemin gələcəkdə mükəmməl işləməsini təmin etmək məqsədi ilə onun bir neçə ay ərzində testləşdirilməsi nəzərdə tutulub. Bütün bunları nəzərə alsaq, məlumat bankının istifadəyə verilməsini 2015-ci ilin əvvəlində gözləmək olar”,- deyə o bildirib.
Qeyd edək ki, “Uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankının təşkili və aparılması qaydaları” bu ilin əvvəlində Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Məlumat bankına ölkədə doğulan bütün uşaqlar haqda tam məlumatlar daxil edilir, bura onun valideynləri, qeydiyyatda olduğu yer, oxuduğu təhsil ocağı, qiymətləri, sağlamlığı, asudə vaxtının keçirilməsi, məşğul olduğu idman növləri, aldığı sosial müavinətlər, alimentlər və s. məlumatlar daxil edilir. Buraya eyni zamanda 15 yaşdan yuxarı uşaqların əmək məşğulluğu, qanun pozuntuları, həddi-buluğa çatmayan qız uşaqlarının dünyaya gətirdikləri uşaqlar və digər faktlar haqda məlumatlar daxil edilir. 18 yaşa çatan uşaqların elektron anketləri 25 ildən sonra məhv edilir.
Aynur Vəliyeva
Uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankı yaradılacaq
Azərbaycanın ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi gələn il uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankını yaratmağa başlayacaq.Dövlət komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,
Məlumat bankının yaradılması üçün nəzərdə tutulmuş vəsaitin ayrılması 2014-cü ilin büdcəsinə daxil edilib.
“Hazırda Uşaqların hüquqlarının təmin edilməsi üzrə elektron məlumat bankının strukturu hazırdır.
Gələn il məlumat bankının proqram təminatı və tələb olunan avadanlıqlar sifariş ediləcək, bu günədək artıq bu sahədə işləyən şirkətlərlə danışıqlar aparılıb və ilkin hesablamalara görə, layihənin həyata keçirilməsinə 100 min manat vəsait tələb oluna bilər. Sistemin hazırlanması üçün ən azı 9 ay müddət tələb olunur, sonra isə mürəkkəb sistemin gələcəkdə mükəmməl işləməsini təmin etmək məqsədi ilə onun bir neçə ay ərzində testləşdirilməsi nəzərdə tutulub. Bütün bunları nəzərə alsaq, məlumat bankının istifadəyə verilməsini 2015-ci ilin əvvəlində gözləmək olar”,- deyə o bildirib.
Qeyd edək ki, “Uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankının təşkili və aparılması qaydaları” bu ilin əvvəlində Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Məlumat bankına ölkədə doğulan bütün uşaqlar haqda tam məlumatlar daxil edilir, bura onun valideynləri, qeydiyyatda olduğu yer, oxuduğu təhsil ocağı, qiymətləri, sağlamlığı, asudə vaxtının keçirilməsi, məşğul olduğu idman növləri, aldığı sosial müavinətlər, alimentlər və s. məlumatlar daxil edilir. Buraya eyni zamanda 15 yaşdan yuxarı uşaqların əmək məşğulluğu, qanun pozuntuları, həddi-buluğa çatmayan qız uşaqlarının dünyaya gətirdikləri uşaqlar və digər faktlar haqda məlumatlar daxil edilir. 18 yaşa çatan uşaqların elektron anketləri 25 ildən sonra məhv edilir.
Aynur Vəliyeva
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır