12px13px15px17px
Tarix:05/11/13

Castin Biber yeniyetmələr üçün sosial şəbəkəyə 1 milyon dollar ayırıb

Kanada müğənnisi Castin Biber yeniyetmələr üçün yeni sosial şəbəkəyə 1,1 milyon dollar həcmində sərmayə yatırıb. Bu haqda noyabrın 4-də  “CNN” telekanalının saytındakı “Fortune” bloqunda xəbər dərc edilib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Biberdən başqa sosial şəbəkəyə, həmçinin boksçu Floyd Meyvezer sərmayə yatırıb. Sözügedən layihənin yaradıcıları ümumilikdə təxminən 2,7 milyon dollar cəlb etməyə müvəffəq olublar. “Shots of Me” adlanacaq sosial şəbəkənin hazırlanması ilə “RockLive” şirkəti məşğul olub.

Xatırladaq ki, Castin Biber artıq neçənci dəfədir ki startapların inkişafına sərmayə yatırır. “Forbes” jurnalının məlumatına görə, 2012-ci ildə “Tinychat” messenceri, “Stamped” sosial tövsiyələr xidməti, həmçinin öz istifadəçilərinə internet üzərindən musiqiyə qulaq asmağa icazə verən “Spotify” tətbiqi kimi layihələrdə müğənni pay sahibi olub.

Emil Hüseynov



Baxış sayı: 1791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024