Tarix:07/11/13
Remedium Hüquq Mərkəzi öz resursları hesabına “Öz biznesini qur” şüarı ilə “Qadın Təşəbbüsləri” layihəsini həyata keçirir.
Layihənin həyata keçirilməsində məqsəd qadınları peşəkar şəkildə kommersiya fəaliyyəti ilə məşğul olmağa təşviq etmək, onlara bu fəaliyyətdə hüquqi məsləhətlər vermək, qadın sahibkarların kommersiya fəaliyyətinin hüquqi müşayiətini təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalında yer alan məlumata görə, sözügedən layihə çərçivəsində qadın sahibkarların mərkəzin e-mail ünvanına (remediumlc@gmail.com) ünvanladığı suallar mütəxəssislər tərəfindən onlayn şəkildə cavablandırılacaq.
Layihə qadınların fərdi sahibkar kimi vergi uçotuna alınması ilə bağlı məsləhət, qadınların təsisçisi olduğu kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması ilə əlaqədar məsləhət, işəgötürən qismində çıxış edən qadın sahibkarlara əmək hüququ ilə əlaqədar məsləhət, qadın sahibkarlara onların və ya onların təsisçisi olduğu şirkətin tərəf olduğu müqavilələrlə bağlı məsləhət, qadın sahibkarlara onların kommersiya fəaliyyəti ilə bağlı yaranan mübahisələrin həlli ilə əlaqədar məsləhət, qadın sahibkarlara onların kommersiya fəaliyyətindən irəli gələn istənilən digər məsələlərlə bağlı onlayn hüquqi məsləhət xidmətlərini ehtiva edir.
Qeyd edək ki, onlayn hüquqi məsləhət pulsuzdur, yalnız bu elanda nəzərdə tutulmuş onlayn məsləhət xidmətləri ilə məhdudlaşır və sənədlərin tərtib edilməsini, yoxlanmasını və nümayəndəlik xidmətlərini ehtiva etmir.
SEYMUR
Qadın sahibkarlara onlayn hüquqi məsləhət veriləcək

Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır