12px13px15px17px
Tarix:07/11/13

Naxçıvanda “DVB-T2” kommersiya televiziya yayımına gələn ilin əvvəlində başlanılacaq

“B&B TV Communications” şirkəti Naxçıvanda “DVB-T2” televiziya yayımı formatında kommersiya xidmətləri paketlərini təqdim etməyə hazırlaşır.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq bir aydır ki Naxçıvanda “DVB-T2” formatında yayım təşkil edilib vəyaxın dörd ay ərzində xidmətlərin instalyasiyası başa çatacaq və onlar kütləvi istifadəyə veriləcək.

“Gələn ilin əvvəlində Naxçıvanda “DVB-T2” formatında kommersiya xidmətlərinin təqdim edilməsinə başlanacaq. Eyni zamanda biz Bakı və Abşeronda da bu xidmətlərin təşkilinə başlamaq niyyətindəyik. Gələcəkdə ölkənin digər regionlarında da bu xidmətlərin təşkili gözlənilir”,- deyə şirkətdən bildirilib.
Şirkət dörd tarif paketi hazırlayıb, onların  biri yerli kanallardan ibarətdir və bu paketə iki Naxçıvan kanalı, eləcə də, bir neçə Türkiyə, Rusiya və Avropa kanalları daxildir. Qalan üçü isə kommersiya tarif paketləridir.
 
 Bakıda və Abşeronda tarif paketlərinin minimal qiyməti 9 manat, Naxçıvanda isə 6 manat olacaq. Naxçıvanda maksimal paket 74 kanaldan ibarətdir və onun qiyməti 10 manatdan yuxarı olmayacaq, Bakı və Abşeronda maksimal paketin qiyməti isə 17 manatadək təşkil edəcək.

Aynur Vəliyeva



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024