Tarix:12/08/11
Son vaxtlar Azərbaycanın bütün dövlət qurumları yekun sənədə əlavə və dəyişikliklər ediblər. Dəyişikliklər əsasən prosedur məsələlərinə, terminologiya və texniki məsələlərə aid olub. Onların bir neçəsi ümumi qəbul edilmiş normativ sənədlərə və qanunvericilik aktlarına uyğunlaşdırılıb. Yekun sənədin bütün bəndlərinin üzərində iş başa çatdıqdan sonra o, Nazirlər Kabinetində təsdiqlənməlidir. Bundan sonra sənəd qüvvəyə minəcək. Bu, qısa müddət ərzində mobil telefonların IMEI kodlarının qeydiyyatı sistemini işə salmağa imkan verəcək.
Məlumat bazası Azərbaycan ərazisinə gətirilən mobil telefonların IMEI kodlarının sayəsində artacaq. Qeydiyyat həm gömrük orqanları vasitəsilə, həm də operatorun şəbəkəsinə qoşularkən həyata keçiriləcək. Yeni sistem həm oğurluqla, həm də ölkəyə qeyri-qanuni idxalla effektli mübarizə aparmağa imkan verəcək. Məlumat bazası yaradıldıqdan sonra mobil telefon bazarının vəziyyəti barədə məlumat əldə ediləcək (bazarın həcmi, qanuni və qeyri-qanuni məhsulların keyfiyyəti). Sistem artıq bu il təcrübi istismara verilə bilər.
IMEI kodlarının qeydiyyatı sistemi tezliklə işə salınacaq
IMEI kodlarının qeydiyyat sistemi layihəsinə qeydiyyat peosedurunu tənzimləyən yekun sənəd qəbul edildikdən sonra qoşulacaqlar. Bu barədə "RCom" şirkətinin rəhbəri Seymur Məmmədov deyib. Sistem inteqratoru funksiyasını yerinə yetirən "RCom" şirkəti sistemin texniki cəhətdən qurulması üzrə işlərə cavabdeh qurum seçilib. S.Məmmədovun sözlərinə görə, bu məqsədlə mobil rabitə operatorlarının şəbəkələrində audit və ekspertiza aparılacaq. Bundan sonra layihəyə daxil olan bütün tərəfləri qane edən təkliflər veriləcək.Son vaxtlar Azərbaycanın bütün dövlət qurumları yekun sənədə əlavə və dəyişikliklər ediblər. Dəyişikliklər əsasən prosedur məsələlərinə, terminologiya və texniki məsələlərə aid olub. Onların bir neçəsi ümumi qəbul edilmiş normativ sənədlərə və qanunvericilik aktlarına uyğunlaşdırılıb. Yekun sənədin bütün bəndlərinin üzərində iş başa çatdıqdan sonra o, Nazirlər Kabinetində təsdiqlənməlidir. Bundan sonra sənəd qüvvəyə minəcək. Bu, qısa müddət ərzində mobil telefonların IMEI kodlarının qeydiyyatı sistemini işə salmağa imkan verəcək.
Məlumat bazası Azərbaycan ərazisinə gətirilən mobil telefonların IMEI kodlarının sayəsində artacaq. Qeydiyyat həm gömrük orqanları vasitəsilə, həm də operatorun şəbəkəsinə qoşularkən həyata keçiriləcək. Yeni sistem həm oğurluqla, həm də ölkəyə qeyri-qanuni idxalla effektli mübarizə aparmağa imkan verəcək. Məlumat bazası yaradıldıqdan sonra mobil telefon bazarının vəziyyəti barədə məlumat əldə ediləcək (bazarın həcmi, qanuni və qeyri-qanuni məhsulların keyfiyyəti). Sistem artıq bu il təcrübi istismara verilə bilər.
Baxış sayı: 1226
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır