12px13px15px17px
Tarix:07/11/13

“Twitter” şirkəti “Facebook”dan bahadır

İnvestorlar "Twitter" mikrobloqlar xidmətini 14,2 milyard dollar və ya 2014-cü ildə şirkətin 12.4 proqnozlaşdırılan mədaxili dəyərində qiymətləndiriblər. "NASDAQ" birjasında son hərracın nəticəsinə görə "Facebook" sosial şəbəkəsinin kapitallaşdırma qiyməti  11,6 proqnozlaşdırılan illik mədaxil təşkil edib. "LinkedIn" şəbəkəsi 12,2 mədaxil dəyərində qiymətləndirilib.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Twitter"in səhmlərinin Nyu-York fond birjasında yerləşdirilməsi nəticəsində şirkət 1,82 milyard dollar cəlb edib. Qeyd edək ki, bu IPO 2012-ci ilin mayından ən böyük texnoloji IPO olub. 2004-cü ildə "Google" internet şirkəti də təxminən bu qədər vəsait (1,9 milyard dollar) cəlb edə bilmişdi.

Emil Hüseynov



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024