Tarix:07/11/13
Şirkət nümayəndələrinin fikrincə, elektronika bazarında internet vasitəsilə müxtəlif növ qurğuların bir-biri ilə əlaqəsi kimi yeni tendensiyaların təşəkkülü yeni aparat və proqram təminatına yüksək tələbat üçün zəmin yaratmalıdır. ABŞ istehsalçısının “Internet of Things Solutions Group” (“Əşyalar interneti” üçün işləmələr qrupu) adlandırılan yeni bölməsi bilavasitə şirkətin baş direktoru Brayan Krjaniçin tabeçiliyində fəaliyyət göstərəcək.
Yeni biznes vahidi şirkətin smartfon, planşet və kompüter hibridlərində quraşdırılan “ARM” prosessorlarının rəqibi kimi təqdim etdiyi qənaətcil “Atom” prosessoru ilə işləyəcək.
Fərdi kompüterlər bazarı üçün çip istehsalında lider olan “Intel” smartfon və planşet kompüterlər bazarında da lider mövqe tutmağa çalışır. Hazırda aparıcı istehsalçıları maraqlandıracaq mobil qurğular üçün prosessorların hazırlanması şirkətin prioritetləri sırasına daxildir, - “Vesti www.vesti.ru” yazır.
“Intel” “Əşyalar interneti” üçün çip və proqram istehsalı ilə məşğul olacaq
Dünyanın nəhəng mikroçip istehsalçılarından biri “Intel” şirkəti “Əşyalar interneti” – “ağıllı” məişət texnikası, kiçik qurğular və daşınan elektronika üçün mikroçip və proqram təminatı ilə məşğul olacaq yeni bölmə yaradır.Şirkət nümayəndələrinin fikrincə, elektronika bazarında internet vasitəsilə müxtəlif növ qurğuların bir-biri ilə əlaqəsi kimi yeni tendensiyaların təşəkkülü yeni aparat və proqram təminatına yüksək tələbat üçün zəmin yaratmalıdır. ABŞ istehsalçısının “Internet of Things Solutions Group” (“Əşyalar interneti” üçün işləmələr qrupu) adlandırılan yeni bölməsi bilavasitə şirkətin baş direktoru Brayan Krjaniçin tabeçiliyində fəaliyyət göstərəcək.
Yeni biznes vahidi şirkətin smartfon, planşet və kompüter hibridlərində quraşdırılan “ARM” prosessorlarının rəqibi kimi təqdim etdiyi qənaətcil “Atom” prosessoru ilə işləyəcək.
Fərdi kompüterlər bazarı üçün çip istehsalında lider olan “Intel” smartfon və planşet kompüterlər bazarında da lider mövqe tutmağa çalışır. Hazırda aparıcı istehsalçıları maraqlandıracaq mobil qurğular üçün prosessorların hazırlanması şirkətin prioritetləri sırasına daxildir, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 731
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır