Tarix:07/11/13
ABŞ-ın smartfon bazarında lider hazırda payı 40 faizi ötən "Apple" şirkətidir. Lakin son 3 ayda Cənubi Koreyanın "Samsung" şirkəti liderlə müqayisədə daha yüksək artım tempi nümayiş etdirib. Nəhəng istehsalçılar beşliyində yer alan "HTC", "Motorola" və "LG" şirkətlərinin artım tempində, əksinə, azalma qeydə alınıb.
Bundan başqa, mobil əməliyyat sistemləri bazarında liderlik "Google Android" sisteminə məxsusdur. İkinci yerdə "iOS" əməliyyat sisteminin sahibi "Apple" qərarlaşıb. Hazırda "iOS" bazarda payını artırdığı halda "Android" itirir.
Yuxarıda göstərilən məlumatlar "comScore" analitik şirkəti tərəfindən smartfonlar bazarında aparılan yeni tədqiqatın nəticələridir. Şirkətin açıqladığı məlumatda o da qeyd olunur ki, cari ilin sentyabrına olan vəziyyətə görə, 147,9 milyon amerikalı smartfon sahibidir. Bu, iyun göstəricisi ilə müqayisədə 4,5 faiz çoxdur.
Sentyabrda smartfonlar bazarında "Apple"ın payı 40,6 faiz, bazar pay artımı isə iyunla müqayisədə 0,7 faiz təşkil edib. "Samsung"un payı 1,2 faiz artaraq 24,9 faizə, "HTC"-nin payı 1,4 faiz azalaraq 7,1 faizə bərabər olub, "Motorola"nın payı 6,6 faiz azalıb (0,4 faiz azalma). Lakin "Samsung" payı, demək olar, dəyişməz qalıb (6,6 faiz), - "3DNews www.3dnews.ru" yazır.
Son rübün smartfon bazarının yekunları açıqlanıb

Baxış sayı: 823
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır