Tarix:08/11/13
Belə ki, “HTC” dünyanın nəhəng mobil rabitə operatoru “China Mobile” ilə əməkdaşlığı genişləndirərək 2014-cü ildə birlikdə Çin bazarında 4-6 yeni qurğu təqdim etməyi planlaşdırır.
Bununla əlaqədar ekspertlər gələn il “HTC” markalı smartfonların tədarük həcminin 20 milyonu ötəcəyini proqnozlaşdırır.
Şirkət “China Mobile” ilə birlikdə istehsal olunacaq modellərin yığılmasını müqavilə əsasında fəaliyyət göstərən istehsalçıların birinə həvalə edəcək. Bu strategiya sayəsində “HTC”-nin ümumi mənfəət əmsalının 20 faizi ötəcəyi gözlənilir.
Həftənin əvvəlində şirkət cari rüb üçün proqnozunu açıqlayaraq 40-45 milyard Tayvan dolları (təxminən 1,4-1,5 milyard dollar) məbləğində mədaxil, 19-21 faiz mənfəət əldə edəcəyini bildirib.
“HTC” rəhbərliyi ümid edir ki, “Beats Electronics” şirkətində (Beats by Dr. Dre brendli musiqi aksesuarları buraxan şirkət) qalan payın satılması sayəsində əldə edilməsi nəzərdə tutulan 265 milyon dollarlıq vəsaitlə şirkət xalis mənfəətə qayıda bilər. Analitiklərin fikrincə, buna baxmayaraq şirkətin 2013-cü ilin yekunları üzrə itkilərlə üzləşməsi qaçılmaz olacaq, - "DailyComm www.dailycomm.ru” yazır.
“HTC” şirkəti “China Mobile” ilə əməkdaşlığı genişləndirəcək
Tayvanın “HTC” istehsalçısı Çinin “China Mobile” mobil operatoru ilə birlikdə bir neçə yeni smartfon modelini buraxmaq niyyətini açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 6 faizdən çox artıb.Belə ki, “HTC” dünyanın nəhəng mobil rabitə operatoru “China Mobile” ilə əməkdaşlığı genişləndirərək 2014-cü ildə birlikdə Çin bazarında 4-6 yeni qurğu təqdim etməyi planlaşdırır.
Bununla əlaqədar ekspertlər gələn il “HTC” markalı smartfonların tədarük həcminin 20 milyonu ötəcəyini proqnozlaşdırır.
Şirkət “China Mobile” ilə birlikdə istehsal olunacaq modellərin yığılmasını müqavilə əsasında fəaliyyət göstərən istehsalçıların birinə həvalə edəcək. Bu strategiya sayəsində “HTC”-nin ümumi mənfəət əmsalının 20 faizi ötəcəyi gözlənilir.
Həftənin əvvəlində şirkət cari rüb üçün proqnozunu açıqlayaraq 40-45 milyard Tayvan dolları (təxminən 1,4-1,5 milyard dollar) məbləğində mədaxil, 19-21 faiz mənfəət əldə edəcəyini bildirib.
“HTC” rəhbərliyi ümid edir ki, “Beats Electronics” şirkətində (Beats by Dr. Dre brendli musiqi aksesuarları buraxan şirkət) qalan payın satılması sayəsində əldə edilməsi nəzərdə tutulan 265 milyon dollarlıq vəsaitlə şirkət xalis mənfəətə qayıda bilər. Analitiklərin fikrincə, buna baxmayaraq şirkətin 2013-cü ilin yekunları üzrə itkilərlə üzləşməsi qaçılmaz olacaq, - "DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 687
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır