Tarix:08/11/13
BBAK-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata görə, sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılıb, mərkəzi məlumat bazası yaradılıb. Sərnişinlərə xidmət səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə "onlayn" rejimdə bilet satışı proqramının yaradılması üzərində işlər tamamlanıb. 2013-cü il oktyabr ayının 2-ci yarısından etibarən internetlə gediş biletlərinin alınmasına start verilib.
İnternet vasitəsilə sərnişin biletlərinin satışı reysin yola düşməsinə 10 gün qalmış başlayır. Onlayn rejimində sərnişin biletlərinin satışı zamanı istifadəçi 1 əməliyyatla ən çoxu 4 bilet sifariş edə bilər. Onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 7:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər internet vasitəsilə sifariş qəbul edilmir. Biletlərin alınması üçün internet vasitəsilə sifariş verilmiş və gediş haqqı plastik kartla ödənmiş sərnişin gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlarda isə reysin yola düşməsinə 1 saat qalmış avtovağzalın kassalarından ala bilər. Onlayn qaydada bilet almaq üçün avtovağzalın rəsmi saytı olan “bbak.az”-a daxil olmaq lazımdır.
Qeyd edək ki, MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlayıb. Kompleksdə həmin ildən etibarən avtovağzal xidməti göstərilir, ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hazırda Bakıdan respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir.
Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.
SEYMUR
Azərbaycanda rayonlararası avtobus biletlərini onlayn qaydada almaq mümkünləşdi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnologiyalarından və proqram təminatından istifadə edir.BBAK-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata görə, sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılıb, mərkəzi məlumat bazası yaradılıb. Sərnişinlərə xidmət səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq internet şəbəkəsi vasitəsilə "onlayn" rejimdə bilet satışı proqramının yaradılması üzərində işlər tamamlanıb. 2013-cü il oktyabr ayının 2-ci yarısından etibarən internetlə gediş biletlərinin alınmasına start verilib.
İnternet vasitəsilə sərnişin biletlərinin satışı reysin yola düşməsinə 10 gün qalmış başlayır. Onlayn rejimində sərnişin biletlərinin satışı zamanı istifadəçi 1 əməliyyatla ən çoxu 4 bilet sifariş edə bilər. Onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 7:00-dan 23:00-a qədər aparılır. Sistemdə profilaktik işlərlə əlaqədar hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər internet vasitəsilə sifariş qəbul edilmir. Biletlərin alınması üçün internet vasitəsilə sifariş verilmiş və gediş haqqı plastik kartla ödənmiş sərnişin gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə, beynəlxalq marşrutlarda isə reysin yola düşməsinə 1 saat qalmış avtovağzalın kassalarından ala bilər. Onlayn qaydada bilet almaq üçün avtovağzalın rəsmi saytı olan “bbak.az”-a daxil olmaq lazımdır.
Qeyd edək ki, MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlayıb. Kompleksdə həmin ildən etibarən avtovağzal xidməti göstərilir, ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hazırda Bakıdan respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir.
Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.
SEYMUR
Baxış sayı: 10057
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib