Tarix:08/11/13
“Toughpad” hələ ilin əvvəlində - yanvarda keçirilən “CES 2013” sərgisində nümayiş olunub. Bu günlərdə “Panasonic” qurğunun ABŞ bazarı üçün nəzərdə tutulan versiyasının yüksək təsvir ölçülü maye-kristal ekran, 8 giqabaytlıq operativ yaddaş, 256 giqabayt tutumlu “SSD” toplayıcı və “HD” formatlı ön kamera ilə təchiz ediləcəyini elan edib.
Əsasını “Intel Core i5” prosessorunun təşkil etdiyi planşet kompüter "Windows 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğu videomontaj, tikinti, dizayn, fotoqrafiya və tibb sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulan alət kimi qələmə verilir.
Çəkisi 2,5 kq təşkil edən planşet avtonom rejimdə 2 saata yaxın işləyir və onu portativ qurğu adlandırmaq düzgün olmaz. Məhz buna görə “Panasonic” qurğunu daşımaq üçün planşeti monoblok kompüterə çevirən çanta və altlıq almağı təklif edir, - “Vesti www.vesti.ru” yazır.
“4K” formatlı ekrana malik planşetin nümayiş olunacağı tarix açıqlanıb
Yaponiyanın “Panasonic” şirkəti yüksək təsvir ölçülü “4K” formatlı ekrana (3840х2560 piksel) malik 20 düymlü “Toughpad” planşet kompüterinin nümayiş olunacaq tarixini açıqlayıb. Qiyməti təxminən 6 min dollar təşkil edəcək yeni qurğunun ABŞ-da 2014-cü ilin yanvarında satışa çıxarılması nəzərdə tutulur.“Toughpad” hələ ilin əvvəlində - yanvarda keçirilən “CES 2013” sərgisində nümayiş olunub. Bu günlərdə “Panasonic” qurğunun ABŞ bazarı üçün nəzərdə tutulan versiyasının yüksək təsvir ölçülü maye-kristal ekran, 8 giqabaytlıq operativ yaddaş, 256 giqabayt tutumlu “SSD” toplayıcı və “HD” formatlı ön kamera ilə təchiz ediləcəyini elan edib.
Əsasını “Intel Core i5” prosessorunun təşkil etdiyi planşet kompüter "Windows 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Qurğu videomontaj, tikinti, dizayn, fotoqrafiya və tibb sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulan alət kimi qələmə verilir.
Çəkisi 2,5 kq təşkil edən planşet avtonom rejimdə 2 saata yaxın işləyir və onu portativ qurğu adlandırmaq düzgün olmaz. Məhz buna görə “Panasonic” qurğunu daşımaq üçün planşeti monoblok kompüterə çevirən çanta və altlıq almağı təklif edir, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır