12px13px15px17px
Tarix:08/11/13

“MilliÖN” ödəmə sisteminə yeni kabel televiziyası operatoru əlavə edilib

"MilliÖN" ödəmə sisteminə yeni kabel televiziyası operatoru olan "ATV+" əlavə edilib.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu operatorun abunəçiləri ödəmə terminalları və "MilliÖN" ödəmə-qəbul nöqtələri vasitəsilə öz hesablarını artırmaq və borcların ödənilməsi imkanını əldə edirlər. Bu operatorun abunəçiləri üçün 1500 ədəd özünəxidmət ödəmə terminalları və 4300 ədəddən artıq ödəmə qəbul nöqtələrindən istifadə etmək ixtiyarı verilir.

"MilliÖN" köşkünün monitorunda yerləşən "Kabel TV" bölməsinə daxil olub, "ATV+" ödəməsini seçib, kartın nömrəsini daxil edib lazımi miqdarda əskinas daxil edərək ödənişi həyata keçirə bilərsiniz. Yığılan nömrə şəbəkədə yoxlanıb, uğurlu əməliyyat keçirildikdən bir neçə saniyə sonra müvafiq qəbz çap olunur.

"MilliÖN" vasitəsilə ödənilə bilən xidmətlərin sayı davamlı olaraq artır və kommunal xidmətlərin ödənişləri daxil olaraq 60-dan çox təşkilatların ödənişi artmaqdadır. Bu bizim abunəçilərimiz üçün əhəmiyyətli bir üstünlükdür. Vaxta qənaət edərək bütün lazımi ödənişləri vahid bir pəncərə prinsipi ilə ödəmək mümkündür.
Hazırda daha bir neçə bank ödənişlərinin (kreditlərin ödənilməsi) qoşulması prosesi gedir. Həmçinin plastik kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üzərində işlər aparılır.

Aynur Vəliyeva
 



Baxış sayı: 1503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024