Tarix:08/11/13
Tədbirdə nazir müavini Elmir Vəlizadə qalib iştirakçıları təbrik edərək bildirib ki, “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması üzrə 5 ay ərzində iştirakçıların sayı 165.434 nəfərə çatıb. Bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirən E.Vəlizadə yarışda iştirak üçün qeydiyyatdan keçənlərin 59 faizinin kişi, 41 faizinin isə qadın istifadəçılar olduğunu qeyd edib.
Nazir müavini eyni zamanda, yarışma müddətində ilk dəfə olaraq ayın qaliblərinin hər üçünün xanım olduğunu vurğulayıb və xanımların bu yarışmaya marağının artmasını təqdirəlayiq hesab edib. O, xatırladıb ki, yarışma dekabrın 1-dək davam edəcək və superfinal keçiriləcək.
Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar – “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilən 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib.
Oktyabr ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər oktyabr ayının qalibi seçilib. 1-ci yeri tutan Aydan Məmmədli “ıPhone” mobil telefonuna və mini “iPad” planşetinə, 2-ci yerin sahibi Aynur Həbibzadə “iPhone” mobil telefonuna, 3-cü yerə layiq görülən Mehin Cəbrayılova isə mini “iPad” planşetinə sahib olub.
Qeyd edək ki, yarışmaya oyunun rəsmi saytı (www.azerbaycanliyam.az ) və “Facebook” səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) vasitəsilə qoşulmaq mümkündür.
SEYMUR
İlk dəfə olaraq ayın hər üç qalibi xanım olub
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının oktyabr ayı üzrə 1-ci, 2-ci və 3-cü ongünlüklərinin, həmçinin oktyabr ayının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə nazir müavini Elmir Vəlizadə qalib iştirakçıları təbrik edərək bildirib ki, “Mən Azərbaycanlıyam” onlayn bilik yarışması üzrə 5 ay ərzində iştirakçıların sayı 165.434 nəfərə çatıb. Bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirən E.Vəlizadə yarışda iştirak üçün qeydiyyatdan keçənlərin 59 faizinin kişi, 41 faizinin isə qadın istifadəçılar olduğunu qeyd edib.
Nazir müavini eyni zamanda, yarışma müddətində ilk dəfə olaraq ayın qaliblərinin hər üçünün xanım olduğunu vurğulayıb və xanımların bu yarışmaya marağının artmasını təqdirəlayiq hesab edib. O, xatırladıb ki, yarışma dekabrın 1-dək davam edəcək və superfinal keçiriləcək.
Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar – “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilən 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib.
Oktyabr ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər oktyabr ayının qalibi seçilib. 1-ci yeri tutan Aydan Məmmədli “ıPhone” mobil telefonuna və mini “iPad” planşetinə, 2-ci yerin sahibi Aynur Həbibzadə “iPhone” mobil telefonuna, 3-cü yerə layiq görülən Mehin Cəbrayılova isə mini “iPad” planşetinə sahib olub.
Qeyd edək ki, yarışmaya oyunun rəsmi saytı (www.azerbaycanliyam.az ) və “Facebook” səhifəsi (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) vasitəsilə qoşulmaq mümkündür.
SEYMUR
Baxış sayı: 844
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı