12px13px15px17px
Tarix:12/11/13

İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artıb


Cari ilin üçüncü rübündə planşet kompüterlərin dünya üzrə satış həcmi ötən rüblə müqayisədə 7 faiz artaraq 47,6 milyon ədəd qurğuya çatıb. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin ilkin məlumatlarında deyilir.

Nəticə tədqiqat şirkəti nümayəndələrinin proqnozlarından bir qədər aşağı olub. Belə ki, 2012-ci ilin üçüncü rübünə nisbətdə göstərici 36,7 faiz artıb.
“IDC”-nin məlumatına görə, bazarda aparıcı mövqeyi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular tutub.

ABŞ-ın “Apple” şirkəti dünyanın nəhəng planşet istehsalçıları arasında lider olaraq qalır. Lakin şirkətin nə ikinci, nə də üçüncü rübdə bazara yeni qurğu çıxarmaması səbəbindən “iPad” modelinin tədarükündə ötən illə müqayisədə cüzi artım qeydə alınıb. Bununla yanaşı, ABŞ istehsalçısının bazar payı 29,6 faizlik tarixi minimuma enib.

2012-ci ilin sonunda “Apple” yeni qurğuların təqdimatının dördüncü rübə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu səbəbdən “IDC” ekspertləri ilin sonunda yeni “iPad Air” planşetinin və "iPad mini” modelinin yenilənmiş versiyasının buraxılmasından sonra şirkətin satışının artım tempinin sürətlə artacağını gözləyirlər.
 
 
Reytinqdə ikinci yeri Cənubi Koreyanın “Samsung”, üçüncünü “Nexus 7” planşet istehsalçısı “Asus” şirkətləri tutub, - "IT Expert www.itexpert.org.ua” yazır.



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024