Tarix:12/11/13
“Google” şirkəti mobil video servislərinə artmış tələbatı ödəmək məqsədilə Finlandiyada məlumat emalı mərkəzinə 608 milyon dollar məbləğində investisiya yatırmağa hazırlaşır. Bu vəsaitlərdən hesablama meydançasının ərazisinin genişləndirilməsi üçün istifadə olunacaq.
Paytaxt Helsinkinin 159 kilometrliyində Hamina şəhərində yerləşən məlumat emalı mərkəzi 2 il əvvəl işə salınıb. O vaxt internet nəhəngi yerli istehsalçıdan 272 milyon dollara artıq hazır zavodun qiymətli kağızlarını satın alıb. Bu mərkəz “Google”a Avropa ərazisinə məxsus olan 3 məlumat emalı mərkəzindən biridir. Mərkəzin gücünün artırılması layihəsi 800 nəfər mühəndis və inşaatçını işlə təmin edəcək, eləcə də obyektin ştat vahidi 90 nəfərdən 125 nəfərədək artacaq.
Hamine şəhərində yerləşən məlumat emalı mərkəzi soyutma üçün Finlandiya körfəzinin dəniz suyundan, avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün İsveçin külək elektrik enerjisindən istifadə edir. “Google” Finlandiyanın nadir təbiətinə təsiri minimuma endirməyə çalışır. Bundan başqa, ölkədə çox sərt təbiət mühafizəsi qanunvericiliyi qüvvədədir.
Şirkətin məlumat emalı mərkəzinin meneceri Diter Kernin sözlərinə görə, internet nəhəngi bundan sonra da Finlandiyada iştirakını genişləndirmək niyyətindədir. “Biz burada sözün həm məcazi, həm də həqiqi mənasında geniş fəaliyyət qurmuşuq”, - şirkət nümayəndəsi bildirib, - "3DNews www.3dnews.ru” yazır.
“Google” Finlandiyada məlumat emalı mərkəzinə 608 milyon dollar investisiya ayıracaq

Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib