Tarix:12/11/13
Braziliya və Almaniya BMT-nin Baş Assambleyasının Üçüncü komitəsində rəqəmli əsrdə şəxsi həyat toxunulmazlığının hüquqi tərəfləri ilə bağlı layihə təqdim ediblər.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Baş Assambleya təsdiq edib ki, onlayn mühitdə oflayn mühitdə olduğu kimi insan hüquqları qorunmalıdır, əsasən də şəxsi həyatın toxunulmazlığı təmin olunmalıdır.
Layihəyə Baş Assambleyanın dövlətlərə “şəxsi məlumatların toplanması, əldə edilməsi, məlumatların izlənməsi ilə bağlı prosedur, təcrübə və qanunvericiliyin icmalını aparmaq” çağırışı daxildir. Qətnamənin müəllifləri milli və toxunulmaz izləmə kontekstində və digər kəşfiyyat texnologiyalarının istifadəsində şəxsi həyatın toxunulmazlığı hüquqlarının qorunması haqda məruzənin hazırlanmasını BMT-nin insan hüquqları üzrə Baş komissarına tapşırmağı təklif ediblər.
Bir müddət bundan öncə Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristian Doktor bildirib ki, qeyri-formal məsləhətləşmələr zamanı qətnamə BMT-yə üzv ölkələrin nümayəndələrinin bir çoxu tərəfindən dəstəklənib. O qeyd edib ki, bu sənədin yaradılması fikri BMT-nin insan hüquqları üzrə sessiyası çərçivəsində bir neçə ay bundan öncə yaranıb.
Aynur Vəliyeva
Braziliya və Almaniya BMT-yə virtual aləmdə şəxsi həyatın toxunulmazlığı ilə bağlı layihə təqdim edib

Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib