12px13px15px17px
Tarix:12/11/13

AMEA Elmi İnnovasiyalar Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib. Bununla bağlı qərar EİM-də keçirilən Elmi şuranın növbəti iclasında verilib. Tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov müəssisənin son dövrlərdə gördüyü işlər haqqında ətraflı məlumat verib.
 
Daha sonra iclasın gündəliyinə müvafiq olaraq nazirliklərə SCOPUS verilənlər bazasına qoşulmaq müraciəti haqqında, “Azərbaycanın sənaye sahələrində innovasiyanın tətbiqi proqramının işlənilməsi və həyata keçirilməsinə dair metodiki tövsiyələr”in çapa tövsiyə edilməsi, “İnnovasiya layihələrinin kommersiyalaşdırılması üzrə metodika”nın çapa tövsiyə edilməsi, Ekspert qiymətləndirmə formalarının təsdiqi və onlara əsasən Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universitetinin elmi işlərinin EİM-in Ekspert şurasında qiymətləndirilməsinin tövsiyə edilməsi, “Elektron imza”ya keçidin vəziyyəti haqqında çıxışlar dinlənilib.
 
Çıxışlardan sonra F.Qasımov EİM-də çalışan gənclərin fəaliyyətindən danışaraq gənc kadrlara önəm verildiyini, mərkəz tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü, mərkəzin əməkdaşlarının 35 faizini 40 yaşına qədər olan gənclər təşkil etdiyini nəzərə çatdırıb.
 
Sonra iclasın gündəliyinə müvafiq olaraq mərkəzin yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilib. Tərkibi 9 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri Xanım Rzayeva, katibi Fuad Rəhmanov seçilib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına mərkəzdən 3 namizəd irəli sürülüb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024