12px13px15px17px
Tarix:12/11/13

“Google Glass” şirkətlərə ildə 1 milyard dollara qənaət etməyə imkan verəcək


"Gartner" tədqiqat agentliyinin hesablamalarına əsasən, iş məqsədləri üçün "Google Glass" "ağıllı" eynəyindən və digər bu növ daşınan qurğulardan istifadə edən şirkətlər yaxın 3-5 ildə hər il 1 milyard dollara yaxın vəsaitə qənaət edə biləcək.

Ekspertlər "Google Glass"da ən faydalı funksiya kimi internetə çıxış, foto və videoçəkiliş, eləcə də əllərdən istifadə olunmadan telefon ünsiyyəti (həmçinin telekonfrans rejimində) kimi funksiyaları hesab edirlər. Şirkət nümayəndələrinin fikrincə, bunların hamısı müəyyən məhsul istehsalı, avadanlığın texniki təmiri və ya tibbi müalicə ilə məşğul olan insanlara lazım olacaq.

Bu yaxınlarda Alabama Universitetinin cərrahlar qrupu ilk dəfə cərrahiyyə əməliyyatını "VIPAAR" virtual reallıq texnologiyası və "Google Glass" eynəyindən istifadə etməklə həyata keçirib. Bu iki texnologiyanın bir araya gəlməsi praktik televiziya tibbinin inkişafında mühüm addım olub.   

Hazırda "Google Glass" eynəyinin kütləvi satışa çıxarılmaması səbəbindən çox az şirkət bu qurğunun texniki imkanlarından yararlanır. Qurğuya yalnız sınaqlarla məşğul olan bir neçə yüz istifadəçi sahibdir ki, onlar da eynəyi kurs keçdikdən sonra 1500 dollar ödəyərək əldə ediblər.

Qeyd edək ki, "Google Glass" eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da "Google"un qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.   

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin şirkət nümayəndələrinin qeyd etdiyinə görə, bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu "Wi-Fi" və "Bluetooth" standartlı simsiz rabitə modulları ilə təchiz edilib. "Bluetooth"un köməyi ilə "Glass"ın smartfonla birlikdə işləməsi mümkün olur.

"Gartner"in proqnozlarına görə, yaxın 5 il ərzində yerlərdə səyyar xidmətlər göstərən şirkətlərin təxminən 10 faizi "Google Glass" eynəyindən istifadə edəcək, - "DailyComm www.dailycomm.ru" yazır.    





Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024