Tarix:12/11/13
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkəti Nyu-Yorkda "Global Foundries" şirkətinin istehsal güclərinin yüklənməsi imkanını istisna etmir. Burada "Apple" bütün hissələri istehsal edə bilmir, təkcə "iPhone" və "iPad" üçün çiplərin müəyyən hissəsi istehsal edilir.
Hazırda qeyri-rəsmi məlumata əsasən "Apple" şirkətinin prosessorlarının böyük hissəsini Koreyanın "Samsung Electronics" şirkəti istehsal edir, o cümlədən "Samsung" şirkəti "iPhone 5S" və "iPad Air" üçün "A7" prosessorlarını buraxır.
Hazırkı mərhələdə "Apple" ilə "Samsung" arasında smartfon bazarında rəqabətlə bağlı patent üzərində mübarizə şirkətlər arasında əməkdaşlığı çətinləşdirir. Bu qarşıdurma fonunda "Apple" mümkün qədər "Samsung"un təchizatlarından öz asılılığını azaltmağa çalışır.
Rəsmi olaraq nə "Apple", nə "GlobalFoundries" əməkdaşlıq imkanlarını şərh etmir. Lakin müstəqil ekspertlər deyirlər ki, "GlobalFoundries" şirkətinin "Samsung"u əvəz etməyə gücü çatar, çünki o, istehsal üçün tələb olunan tam texnoloji baza ilə təmin edilib və öz avadanlıqlarında "A7" prosessorlarını istehsal edə bilər.
Daha bir məlumata əsasən, "Apple" istehsalın bir hissəsini "Taiwan Semiconductor Manufacturing Company" istehsal güclərinin üzərinə keçirməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara əsasən "Apple" və "TSMC" şirkətləri, yaxın iki ildə buraxılışı gözlənilən "A8", "A9" və "A9X" çiplərinin istehsalı sahəsində əməkdaşlıq qurmağa çalışırlar.
Aynur Vəliyeva
“Apple” “Samsung”u onunla əvəz edəcək
"Apple" "GlobalFoundries" şirkətini gələcəkdə onun mikroprosessorlarının aparat yığıcısı kimi qiymətləndirir."ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkəti Nyu-Yorkda "Global Foundries" şirkətinin istehsal güclərinin yüklənməsi imkanını istisna etmir. Burada "Apple" bütün hissələri istehsal edə bilmir, təkcə "iPhone" və "iPad" üçün çiplərin müəyyən hissəsi istehsal edilir.
Hazırda qeyri-rəsmi məlumata əsasən "Apple" şirkətinin prosessorlarının böyük hissəsini Koreyanın "Samsung Electronics" şirkəti istehsal edir, o cümlədən "Samsung" şirkəti "iPhone 5S" və "iPad Air" üçün "A7" prosessorlarını buraxır.
Hazırkı mərhələdə "Apple" ilə "Samsung" arasında smartfon bazarında rəqabətlə bağlı patent üzərində mübarizə şirkətlər arasında əməkdaşlığı çətinləşdirir. Bu qarşıdurma fonunda "Apple" mümkün qədər "Samsung"un təchizatlarından öz asılılığını azaltmağa çalışır.
Rəsmi olaraq nə "Apple", nə "GlobalFoundries" əməkdaşlıq imkanlarını şərh etmir. Lakin müstəqil ekspertlər deyirlər ki, "GlobalFoundries" şirkətinin "Samsung"u əvəz etməyə gücü çatar, çünki o, istehsal üçün tələb olunan tam texnoloji baza ilə təmin edilib və öz avadanlıqlarında "A7" prosessorlarını istehsal edə bilər.
Daha bir məlumata əsasən, "Apple" istehsalın bir hissəsini "Taiwan Semiconductor Manufacturing Company" istehsal güclərinin üzərinə keçirməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara əsasən "Apple" və "TSMC" şirkətləri, yaxın iki ildə buraxılışı gözlənilən "A8", "A9" və "A9X" çiplərinin istehsalı sahəsində əməkdaşlıq qurmağa çalışırlar.
Aynur Vəliyeva
Baxış sayı: 659
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır