12px13px15px17px
Tarix:13/11/13

Orijinal elmi-texniki ideyalar, yeni elmi innovasiyaların yaranmasına şərait yaradacaq “Qış məktəbi” təşkil olunur

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili" layihəsi çərçivəsində tədbir keçirəcək. Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır. 
 
AGAAMC-dən bildirilib ki, tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan", "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları", "İnnovasiyalı cəmiyyətə doğru", "Müasir nanotexnologiyalar" adlı seminarlar keçiriləcək.
 
 Eyni zamanda "Qış məktəbi" günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatlarının, beynəlxalq təşkilatların elmi mübadilə proqramlarının təqdimatlarının, eyni zamanda mədəni-idman tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. "Qış məktəbi"nin açılış mərasimi 14 noyabr saat 15:00-da "Olimpik" İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunacaq. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak edəcəklər. Tədbir digər günlərdə də "Olimpik Otel"də davam edəcək.
 

"Qış məktəbi"ndə AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi tədqiqat müəssisələrində və universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edəcəklər.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024