12px13px15px17px
Tarix:13/11/13

İlk dəfə olaraq yaradıcı insanlarla bağlı multimedia portalı yaradılıb

Azərbaycan internet məkanında ilk dəfə olaraq yaradıcı insanlarla bağlı multimedia portalı yaradılıb.  "www.myworkroom.netc" saytında ölkəmizdə yaşamış və yaşayan ictimai xadimlərlə videomüsahibələr və fotolar yer alır.
 
Bu barədə "ICTnews" xəbər xidmətinə adıçəkilən saytın rəhbəri Əziz Kərimov məlumat verib. O bildirib ki, portalda müsahiblərin peşələrindən kənar həyatlarını, düşüncələri ön plana çıxarılır:
 
 "Çəkilişlər əsasən müsahiblərin çalışma otaqlarında  aparılır. Bu üsulla əşyalar sahibləri haqqında məlumat verir. Müsahibin oxuduğu kitablar, kolleksiyası, şəxsi fotoları, bir sözlə, çalışma otağını və orada həmin şəxsə dəyərli olan əşyaları önə  çıxarmağa çalışmışıq. Qeyd edim ki, hazırda Azərbaycanda çoxlu sayda saytlar fəaliyyət göstərir. Demək olar ki, bütün sahələri əhatə edən elmi, siyasi, sosial, əyləncə və s. saytlar var. Amma multimedia tipli sayt yoxdur.
 
Düşünürük ki, bu sayt Azərbaycan internet məkanında özünün yeri olacaq. Çalışmışıq, bu sayt hamı üçün maraqlı olsun. Portal əyləncə xarakteri daşımır. Daha çox müsahiblərin alternativ fikirlərini önə çıxartmaqdan ibarətdir".
 
Portalın ingilis dilində yaradılmasının səbəblərini açıqlayan Ə.Kərimov bildirib ki, burada məqsəd xaricdə Azərbaycan şəxsiyyətləri haqda fikir formalaşdırmaq, onları tanıtmaqdır.
 
SEYMUR
 
 



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024