Tarix:13/11/13
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və 579 643 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 367 846 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 44 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6%-ni yeni istifadəçilər, 41.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Müqayisə üçün oktyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115,420 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 51%-ni yeni istifadəçilər, 49%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alan istifadəçilərin sayı 21 500-ə çatıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və 579 643 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 367 846 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 44 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6%-ni yeni istifadəçilər, 41.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Müqayisə üçün oktyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,700 nəfər olub. Həmin şəxslər 115,420 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 51%-ni yeni istifadəçilər, 49%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 746
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib