Tarix:13/11/13
Bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın “Tokyo Boeki TechnologyLtd” şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə akademik A.Əlizadə AMEA ilə Yaponiyanın elmi tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Yaponiyalı mütəxəssislərin iş təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri adıçəkilən şirkətlə AMEA arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına inandığını vurğulayıb. O, bu əlaqələrin Azərbaycanda elm və texnologiyanın transferi sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildirib.
Rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verən K.Uçida qeyd edib ki, 1947-ci ildə yaradılmış “Tokyo Boeki Technology Ltd” energetika, maşınqayırma, metal sənayesi, eləcə də elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır. Şirkətin iki qiymətli və müasir elektron mikroskopu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində alınaraq Geologiya İnstitutu və Azərbaycan Tibb Universitetində quraşdırılıb. Yaxın zamanda yeni cihazların Fizika İnstitutuna da alınacağı gözlənilir.
Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib və bu əlaqələrin “Tokyo Boeki Technology” təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəliblər. Görüşdə Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfransın keçirilməsi də təklif olunub.
Həqiqət İSABALAYEVA
Azərbaycan texnoparkların yaradılmasında Yaponiya təcrübəsindən yararlanacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi-innovativ nailiyyətlərin istehsalatda tətbiqini təcrübədən keçirməyə imkan verən texnoparkların yaradılması sahəsində Yaponiya şirkətinin təcrübəsindən və məhsullarından faydalanmaq niyyətindədir.Bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın “Tokyo Boeki TechnologyLtd” şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə akademik A.Əlizadə AMEA ilə Yaponiyanın elmi tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Yaponiyalı mütəxəssislərin iş təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri adıçəkilən şirkətlə AMEA arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına inandığını vurğulayıb. O, bu əlaqələrin Azərbaycanda elm və texnologiyanın transferi sahəsində birgə işlərin inkişafına töhfə verəcəyini əminliklə bildirib.
Rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verən K.Uçida qeyd edib ki, 1947-ci ildə yaradılmış “Tokyo Boeki Technology Ltd” energetika, maşınqayırma, metal sənayesi, eləcə də elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır. Şirkətin iki qiymətli və müasir elektron mikroskopu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində alınaraq Geologiya İnstitutu və Azərbaycan Tibb Universitetində quraşdırılıb. Yaxın zamanda yeni cihazların Fizika İnstitutuna da alınacağı gözlənilir.
Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib və bu əlaqələrin “Tokyo Boeki Technology” təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəliblər. Görüşdə Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfransın keçirilməsi də təklif olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 776
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır