12px13px15px17px
Tarix:13/11/13

Smartfon istehsalçısı elektrik enerjisi fabriki inşa edib

Yaponiyanın smartfon istehsalçısı "Kyocera" şirkəti bu yaxınlarda ölkədə günəş batareyalarının köməyi ilə elektrik enerjisinin istehsalı üzrə fabriki işə salıb. Elektrik stansiyasının ümumi gücü 70 meqavat təşkil edir ki, bu da 22 minə yaxın evi ekoloji baxımdan təmiz elektrik enerjisi ilə təchiz etməyə imkan verir.

70 meqavatlıq gücə malik fabrikin tikinti layihəsi ümumilikdə 127 hektar ərazini (Vatikan ərazisindən 3 dəfə çox) əhatə edən 290 min günəş batareyasından istifadəni nəzərdə tutur. Layihənin miqyası geniş və mürəkkəb olduğundan burada "Kyocera" ilə yanaşı, daha 6 yerli şirkət iştirak edir. Onlar elektrik enerjisinin satışından olan gəliri yerli "Kyushu Electric Power" müəssisəsi ilə bölüşəcəklər.

"Kyocera" bərpa olunan və ekoloji təmiz enerjinin əldə olunması ilə yanaşı, günəş enerjisi ideyasının təşəkkülü məqsədini də güdür. Layihə müəlliflərinin fikrincə, günəş batareyaları ilə işləyən müəssisə turist, tələbə və yüksək texnologiyalarla maraqlanan insanların diqqətini cəlb edəcək, - "3DNews www.3dnews.ru" yazır.  




Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024