Tarix:14/11/13
"Facebook" sosial şəbəkəsi hazırda dünyanın 218 ölkəsinin 750 mobil rabitə operatorunu özündə birləşdirən "GSMA" Mobil Operatorlar Assosiasiyasına üzv olub.
Assosiasiya iştirakçıları 3 milyarddan çox abunəçiyə "GSMA" və "3G" standartlarında öz xidmətlərini təqdim edir ki, bu da dünya mobil internet istifadəçilərinin 86 faizini təşkil edir.
"GSMA"-nın başlıca məqsədi mobil rabitə xidmətindən dünyanın istənilən yerində istifadə imkanının təmin edilməsi, insanlara bu xidmətdən asanlıqla istifadə etməsinə şəraitin yaradılması, fərdi abunəçilər və ümumilikdə iqtisadiyyat üçün bu xidmətlərin dəyərinin artırılması, eləcə də rabitə operatorlarına və onların tədarükçülərinə yeni kommersiya imkanlarının təqdim edilməsidir.
"Facebook" "GSMA"-ya qoşulan ilk sosial şəbəkə olub. Şirkət nümayəndələri bildirirlər ki, assosiasiyanın işində fəal iştirak üçün maksimum səy göstərəcəklər.
"GSMA-ya qoşulmağımız diqqətimizin mobil seqmentə yönəldilməsini sübut edir, eləcə də bu sahənin nümayəndələri ilə sıx əməkdaşlıqda işləmək istəyindən xəbər verir. Biz ümid edirik ki, assosiasiyada iştirakımız fəal olacaq", - "Facebook" rəhbərliyinin qərarını şərh edən şirkətin biznesin inkişafı üzrə vitse-prezidenti Den Rouz bildirib.
Öz növbəsində "GSMA"-ya qoşulma sosial şəbəkəyə "Internet.org" layihəsinin inkişafına xeyli irəliyə getməyə kömək edəcək. Bu layihənin iştirakçıları müxtəlif resurslar, qabaqcıl təcrübə və rəngarəng alətlər mübadiləsi edərək mobil internetin inkişafının əsas sahələri üçün həllər axtarışındadırlar.
"Operatorlar və ümumilikdə sənayenin üzləşdiyi məsələ və problemlərə cəlb olunma "Internet.org" təşəbbüsünün inkişafına ümid edən "Facebook" üçün yeganə vacib məqsəd deyil", - sosial şəbəkə nümayəndəsi Derik Mayn qeyd edib, - "IT Expert www.itexpert.org.ua" yazır.
“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

Baxış sayı: 781
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib