Tarix:14/11/13
“Google” internet şirkətinin reklamdan əldə etdiyi gəlir ABŞ-ın bütün qəzet nəşrlərinin reklam satışından əldə etdikləri gəliri ötüb.
“Ignition 2013” konfransında çıxış edən nəşrin baş direktoru Henri Blodcet bildirib ki, 2013-cü ilin ilk yarısında “Google” ABŞ-ın bütün jurnallarından daha çox reklam satıb. Bundan başqa, “Google”un göstəriciləri ABŞ-ın bütün qəzetlərinin ümumi göstəricilərini geridə qoyub.
2012-ci ildə internet şirkəti reklamdan ABŞ jurnallarının 2007-ci ildə qazandığı məbləğdə qazanc əldə edib.
H.Blodcerin sözlərinə görə, bu il internet nəhənginin gəlirləri rekord 60 milyard dollar təşkil edəcək. Bu vəsaitlərin təxminən hamısı reklam satışından əldə olunacaq.
"Google” şirkəti 1998-ci ildə yaradılıb. 2000-ci ildə şirkət “AdWords” reklam satışı xidmətini işə salıb. 2011-ci ildə “AdWords” xidmətinin “Google”un gəlirlərində payı 96 faiz təşkil edib. 2012-ci ilin sonunda “Google”un internet reklamı bazarında payı 49 faiz, axtarış reklamı bazarında 82 faiz olub, - “Lenta www.lenta.ru” yazır.
“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

Baxış sayı: 956
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib