Tarix:14/11/13
"ICTnews.az"-ın məlumatına görə, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov sözügedən məsələ ilə bağlı danışarkən qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində bütün avtobus dayanacaqlarında “Wi-Fi” sistemi quraşdırılacaq.
Onun sözlərinə görə, paytaxt sakinləri və ölkəyə gələn bütün turistlər bunun vasitəsilə internetdən pulsuz istifadə edə biləcəklər. N.Həsənov qeyd edib ki, bu sistemin tətbiqi birbaşa olaraq Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin nəzarəti ilə həyata keçiriləcək: “Avropa Olimpiya Oyunları ilə əlaqədar GPS naviqasiya sistemi, Beynəlxalq Avtovağzal Kompleksində turist-informasiya mərkəzləri quraşdırılacaq. Eyni zamanda ingilisdilli xüsusi könüllü qruplar təşkil olunacaq. Həmçinin, həm ana dilimizdə, həm də ingilis dilində yolların işarələnməsi nəzərdə tutulub”.
2015-ci ilin mayına qədər avadanlıqların quraşdırılması işlərinin başa çatacağını söyləyən N.Həsənov əlavə edib ki, Olimpiya Oyunlarından sonra da pulsuz internet sistemi fəaliyyətini davam etdirə bilər.
SEYMUR
Avtobus dayanacaqlarında pulsuz internetdən istifadə etmək olacaq
Azərbaycan paytaxtında növbəti pulsuz internet nöqtələri yaradılacaq. Bu dəfə Bakının avtobus dayanacaqlarına xüsusi avadanlıqlar quraşdırılacaq ki, onun vasitəsilə hər kəs beynəlxalq şəbəkəyə qoşula biləcək."ICTnews.az"-ın məlumatına görə, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov sözügedən məsələ ilə bağlı danışarkən qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində bütün avtobus dayanacaqlarında “Wi-Fi” sistemi quraşdırılacaq.
Onun sözlərinə görə, paytaxt sakinləri və ölkəyə gələn bütün turistlər bunun vasitəsilə internetdən pulsuz istifadə edə biləcəklər. N.Həsənov qeyd edib ki, bu sistemin tətbiqi birbaşa olaraq Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin nəzarəti ilə həyata keçiriləcək: “Avropa Olimpiya Oyunları ilə əlaqədar GPS naviqasiya sistemi, Beynəlxalq Avtovağzal Kompleksində turist-informasiya mərkəzləri quraşdırılacaq. Eyni zamanda ingilisdilli xüsusi könüllü qruplar təşkil olunacaq. Həmçinin, həm ana dilimizdə, həm də ingilis dilində yolların işarələnməsi nəzərdə tutulub”.
2015-ci ilin mayına qədər avadanlıqların quraşdırılması işlərinin başa çatacağını söyləyən N.Həsənov əlavə edib ki, Olimpiya Oyunlarından sonra da pulsuz internet sistemi fəaliyyətini davam etdirə bilər.
SEYMUR
Baxış sayı: 924
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib