Tarix:15/11/13
Noyabrın 23-də Nyu-Yorkda “Intel” şirkətinin "Intel Experience Store” adlı ilk pərakəndə satış mağazası açıldıqdan sonra daha bir neçə ticarət mərkəzinin açılması nəzərdə tutulur. Bu barədə şirkətin məlumatında deyilir.
Şirkət mağazaların fəaliyyəti barədə ətraflı məlumat verməsə də, artıq məlumdur ki, ilk mağaza Aşağı Manhettendə yerləşən Nolita rayonu ərazisində bayram mövsümü ərəfəsində noyabrın 23-də Nyu-Yorkda açılacaq. “Intel” digər mağazalar haqqında ilk şəbəkə işə düşdükdən sonra məlumat verəcək.
Mağazada satılacaq texnika çeşidinin nədən ibarət olacağı hələ ki naməlumdur, lakin güman edilir ki, orada “Intel”in prosessor həlləri əsasında yaradılan ultrabuk, planşet və smartfonlar satılacaq. Alıcılar həmçinin mağazada olan terminallar vasitəsilə internetdən də alış-veriş edə biləcəklər.
Şirkətin məlumatına görə, "Intel Experience Store” uşaqlar və böyüklər üçün müxtəlif açıq tədbirlərin keçirilməsi üçün istifadə olunacaq. Tədbirlərdə müasir kompüter texnikası ilə tanış olmaq mümkün olacaq. İnnovasiyalı texnoloji şirkətlər və “StartUp”lar mağazadan təqdimatların keçirilməsi üçün istifadə edə biləcəklər. Bundan başqa, mağazada utilizasiya üçün köhnə texnikanın yığılması, alıcılara pulsuz qəhvənin verilməsi və cümə günləri kino nümayişinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, şirkətlərin öz mağazasını açmaq praktikası istehlak elektronikası istehsalçıları və mobil rabitə operatorları arasında geniş yayılıb. Belə ki, “Apple”, “Samsung”, “Nokia” və digər şirkətlərin öz mağazalar şəbəkəsi var, - "Digit www.digit.ru” yazır.
“Intel” pərakəndə satış mağazaları şəbəkəsi açır

Baxış sayı: 869
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır