Tarix:15/11/13
Avropa Komissiyası Avropa İttifaqının (Aİ) səması üzərindən uçan təyyarələrdə üçüncü və dördüncü nəsil mobil rabitəsindən ("3G" və "4G") istifadəyə icazə verib. Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.
"3G" (UMTS) və "4G" (LTE) tezlik spektrlərindən 3 min metr hündürlükdə istifadə etmək olar. Hazırda Aİ üzərindən uçan təyyarələrdə yalnız ikinci nəsil şəbəkəsindən – "2G"-dən (GSM) istifadəyə icazə verilir.
Bu yenilik aviasərnişinlərə uçuş zamanı smartfon və planşetlər üçün genişzolaqlı internetdən istifadəyə imkan verəcək.
Bununla yanaşı, təyyarə göyərtəsində noutbuklardan istifadəyə qoyulan qadağa dəyişməz qalır.
Təşəbbüsün nə vaxt həyata keçiriləcəyi naməlumdur, çünki Avropa Komissiyasının icazə əsasında Avropa Aviasiya Təhlükəsizlik Agentliyi (EASA) qurğulardan istifadəyə dair qaydaları müəyyən etməlidir.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu, 2013-cü ilin noyabrın sonunda baş verəcək.
Sonradan aviaşirkətlər əlavə avadanlığın quraşdırılması üçün xərclər tələb edəcək yaradılmış imkandan yararlanmaqla bağlı qərar qəbul etməli olacaqlar, - "İTAR-TASS www.itar-tass.com" yazır.
Avropa Komissiyası Aİ üzərindən uçan təyyarələrdə “3G” və “4G” rabitəsindən istifadəyə icazə verib

Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib