Tarix:15/11/13
“Mobile Payments” texnologiyası artıq bir çox Avropa bazarlarında tətbiq olunub. “MobilBank” xidməti istənilən debit və ya kredit kartının mobil platformaya (Android, iPhone, Blackberry və s.) inteqrasiyasını təmin etməklə mobil ödənişləri həyata keçirməyə imkan yaradır və mobil cihazın virtual ödəniş alətinə çevrilməsini təmin edir. Xidmətin əsas üstünlükləri arasında yüksək təhlükəsizliyi və rahatlığı, nağd vəsaitlərdən istifadə etməməyi, PİN kodun daxil edilməməsi və çeklərin imzalanmamasını qeyd etmək lazımdır. Bu xidmət və “MobilBank” sistemi vasitəsilə kart sahibi öz kartlarını daha geniş sayda ticarət və xidmət müəssisələrində istifadə etməyə imkanlar əldə edir və bununla öz gündəlik həyatını asanlaşdırır. Öz növbəsində isə ticarət və xidmət müəssisələri də mobil ödənişləri qəbul edərək öz müştəri bazasını və dövriyyələrini artırmaq üçün əlverişli imkanlar əldə edirlər.
CAHANGİR
Azərbaycanın prosessinq mərkəzi yeni mobil xidmətin tətbiqinə başlayıb
“AzeriCard” prosessinq mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “MasterCard” beynəlxalq ödəmə sistemi və “World Telecom” dükanlar şəbəkəsi ilə birgə ABB-nin “MasterCard” kart sahibləri üçün yeni “Mobile Payments” xidmətini təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin prosessinq mərkəzinə istinadən verdiyi məlumata görə, “Mobile Payments” vasitəsilə kart sahibləri “MobilBank” xidmətinin müvafiq menyusunu seçərək sürətli və təhlükəsiz ödənişlərini mobil telefonlarından fiziki kartdan istifadə etmədən həyata keçirə bilərlər.“Mobile Payments” texnologiyası artıq bir çox Avropa bazarlarında tətbiq olunub. “MobilBank” xidməti istənilən debit və ya kredit kartının mobil platformaya (Android, iPhone, Blackberry və s.) inteqrasiyasını təmin etməklə mobil ödənişləri həyata keçirməyə imkan yaradır və mobil cihazın virtual ödəniş alətinə çevrilməsini təmin edir. Xidmətin əsas üstünlükləri arasında yüksək təhlükəsizliyi və rahatlığı, nağd vəsaitlərdən istifadə etməməyi, PİN kodun daxil edilməməsi və çeklərin imzalanmamasını qeyd etmək lazımdır. Bu xidmət və “MobilBank” sistemi vasitəsilə kart sahibi öz kartlarını daha geniş sayda ticarət və xidmət müəssisələrində istifadə etməyə imkanlar əldə edir və bununla öz gündəlik həyatını asanlaşdırır. Öz növbəsində isə ticarət və xidmət müəssisələri də mobil ödənişləri qəbul edərək öz müştəri bazasını və dövriyyələrini artırmaq üçün əlverişli imkanlar əldə edirlər.
CAHANGİR
Baxış sayı: 1075
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib