12px13px15px17px
Tarix:16/11/13

ABŞ-ın təhsil müəssisələrində “Super Wi-Fi” şəbəkəsi yaradılacaq


ABŞ-ın beş yüzə yaxın universitet və kolleci internetə çıxış üçün 8 kilometrlik radiusu əhatə edəcək yeni “Super Wi-Fi” simsiz genişzolaqlı texnologiya ilə təchiz ediləcək. Bu barədə “Declaration Networks” şirkətinin məlumatında deyilir.

“Biz təhsil sisteminə internetə simsiz çıxışı təmin edəcək yeni miqyaslı texnologiyanı vaxtından əvvəl tətbiq etdiyimizə görə şadıq”, - deyə “Declaration Networks” qrupunun rəhbəri Bob Nikols bildirib.
Sistem televiziya yayımı üçün ayrılan istifadəsiz tezliklərdə işləyəcək.

Yeni şəbəkə əhatə radiusu 100 metrə çatan adi “Wi-Fi”dan dəfələrlə güclü olacaq. “Super Wi-Fi” siqnalı 8 km əraziyə çatdıracaq.

İlkin olaraq texnologiyanı Qərbi Virciniya Universiteti tətbiq etdikdən sonra digər təhsil müəssisələri də bu addımı atacaq, - "IT Expert” www.itexpert.org.ua yazır.



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024