12px13px15px17px
Tarix:18/11/13

London internetdə yüksəksəviyyəli domenə malik olacaq

Böyük Britaniya paytaxtı internetdə yüksəksəviyyəli domenə malik olacaq. Burada saytlar 2014-cü ilin yazından etibarən qeydiyyatdan keçmək imkanı əldə edəcək.
 
Londonun dünya biznes məkanında maraqlarını təmsil edən “London & Partners” təşkilatı ötən il “.london” domeninin qeydiyyata alınması üçün müraciət edib. Bu həftə “ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyası “London & Partners”in tabeçiliyində fəaliyyət göstərən “Dot London Domains Ltd” şirkəti ilə saziş imzalayıb. Saziş Londonun şirkət, təşkilat və adi vətəndaşlarına gələn ilin yazından etibarən “.london” domenində saytları qeydiyyatdan keçirmək üçün ərizə ilə müraciət etməyə imkan verəcək.   

Londonda yerləşən şirkətlərin əksəriyyəti bu yenilikdə maraqlı olduqlarını bildirib. London meri Boris Conson bu qərarın şəhər iqtisadiyyatına stimul verəcəyini bildirib.   

London dünyanın domen alan ikinci şəhəri olub. İyunda “ICANN” Nyu-York şəhərinin təşkilat və istifadəçilərinin öz saytlarını qeydiyyatdan keçirə biləcəkləri “.nyc” domenini təsdiq edib, - "Digit www.digit.ru” yazır.



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024