12px13px15px17px
Tarix:18/11/13

“Apple” məhsul istehsalında “3D” vizuallaşdırma sistemindən istifadə edəcək

“Apple” şirkəti İsrailin “PrimeSense” “3D” vizuallaşdırma sistemi tərtibatçısını 345 milyon dollara satın alıb. Bu barədə “Reuters” agentliyi İsrailin “Calcalist” nəşrinə istinadən məlumat verib.
  
Məlumata görə, sövdələşmə barədə rəsmən iki həftədən sonra elan ediləcək. Hazırda “PrimeSense” tərəfindən hazırlanan sensorlar “Microsoft Kinect” oyun kontrollerlərinin istehsalında istifadə olunur. Bundan başqa, “PrimeSense” qurğuları “3D” skanerləri, “iRobot’s Ava” televiziya robotları və funksiyasına görə “Kinect” oyun qurğusuna oxşayan "Asus Xtion” vizual kontrolleri üçün nəzərdə tutulub.

Qeyd edək ki, iyulda “Apple” “PrimeSense” şirkətini 280 milyon dollara satın almaq istəyini bildirib. “PrimeSense” “Apple”ın satın aldığı ilk İsrail şirkəti deyil. Belə ki, ötən il “Apple” İsrailin “Anobit” fləş-yaddaş istehsalçısını 40 milyon dollara satın alıb, - “Digit.www.digit.ru” yazır.
 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024