Tarix:18/11/13
BTİ-dən verilən məlumata görə, seminar kritik, fövqəladə məlumatların ötürülməsi, təcili informasiyanın sürətli yayılmasında yerüstü radio və televiziya yayımının roluna həsr edilib. Belə ki, dünyada təbii fəlakət və digər irimiqyaslı fövqəladə halların sayı getdikcə artmaqdadır.
Tornado, tropik fırtına, sel, qar fırtınaları, zəlzələ, sunami, qasırğalar və s. kimi gözlənilməz təbiət hadisələri zamanı dünya ictimaiyyətinin lazımi məlumatlarla tez, hərtərəfli və dəqiq məlumatlandırılması olduqca vacibdir. Belə kritik vəziyyətlərdə məlumatın çatdırılmasının ən sürətli, etibarlı və ən effektiv vasitəsi televiziya və radio yayımı hesab edilir.
Seminarda yayım üzrə mütəxəssislər və ekspertlər təcili informasiyaların sürətli yayılmasında yerüstü radio və televiziya yayımının üzərinə düşən öhdəliklər, onların bu tələbləri necə yerinə yetirməsi, eləcə də fövqəladə vəziyyətlərlə bağlı digər aspektləri müzakirə edəcəklər.
Həqiqət İSABALAYEVA
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “Fövqəladə yayım” üzrə seminarı keçiriləcək
Noyabrın 21-də Cenevrədə BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Fövqəladə yayım" üzrə seminarı keçiriləcək.BTİ-dən verilən məlumata görə, seminar kritik, fövqəladə məlumatların ötürülməsi, təcili informasiyanın sürətli yayılmasında yerüstü radio və televiziya yayımının roluna həsr edilib. Belə ki, dünyada təbii fəlakət və digər irimiqyaslı fövqəladə halların sayı getdikcə artmaqdadır.
Tornado, tropik fırtına, sel, qar fırtınaları, zəlzələ, sunami, qasırğalar və s. kimi gözlənilməz təbiət hadisələri zamanı dünya ictimaiyyətinin lazımi məlumatlarla tez, hərtərəfli və dəqiq məlumatlandırılması olduqca vacibdir. Belə kritik vəziyyətlərdə məlumatın çatdırılmasının ən sürətli, etibarlı və ən effektiv vasitəsi televiziya və radio yayımı hesab edilir.
Seminarda yayım üzrə mütəxəssislər və ekspertlər təcili informasiyaların sürətli yayılmasında yerüstü radio və televiziya yayımının üzərinə düşən öhdəliklər, onların bu tələbləri necə yerinə yetirməsi, eləcə də fövqəladə vəziyyətlərlə bağlı digər aspektləri müzakirə edəcəklər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 633
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır