12px13px15px17px
Tarix:18/11/13

Avropa operatorları “LTE-Advanced” texnologiyasını sınaqdan keçirir


Avropanın nəhəng mobil rabitə operatorları “Vodafone”, “Telefonica” və “EE” ötən həftə şirkət abunəçiləri üçün internetdən 200 Mb/s sürətində istifadə etməyə şərait yaradan “LTE-Advanced” qabaqcıl mobil rabitə standartının sınaqlarına başlayıb. Lakin “LTE-Advanced” texnologiyasını dəstəkləyən qurğuların çatışmazlığı bu cür şəbəkələrin gələcək perspektivlər üçün nəzərdə tutulduğunu deməyə əsas verir.

Ötən həftə “Vodafone” və “Telefonica” şirkətləri Almaniyanın Drezden və Münhen şəhərlərində “LTE-Advanced” texnologiyasının məhdud sınaqlarına başlanmasını elan edib. Böyük Britaniyanın “EE” şirkəti isə noyabrın birinci yarısında London “Tech Cluster” Texnologiya Parkında texnologiyanın sınağına start verib.

Hər üç operator məlumatların ötürülmə sürətini artırmaq üçün tezlik daşıyıcılarının birləşməsi texnologiyasından (Carrier Aggregation, CA) istifadə edir. Burada operatorun mobil rabitə stansiyası və abunəçi terminalı məlumatların müxtəlif radiokanallar üzrə paralel ötürülməsi üçün eyni anda bir neçə tezlikdən istifadə edir. “EE” nümayəndələri bildiriblər ki, 300 Mb/s sürətinə nail olmaq üçün eni 20 MHz olan iki kanaldan istifadə olunur. Öz növbəsində “Vodafone” və “Telefonica” 225 Mb/s sürətinə nail olmaq üçün 10 və 20 MHz tezliyini tətbiq edir.

Bununla yanaşı, operatorlar tezlik daşıyıcılarının birləşməsi texnologiyasının tətbiqinin heç də ideal olmadığını düşünür. Belə ki, paralel şəkildə iki və daha çox radiokanalın istifadəsi üçün abunəçi radiosiqnalın keyfiyyətli qəbul edildiyi zonada olmalıdır ki, bu da hər yerdə mümkün deyil. Radiosiqnal keyfiyyətlə qəbul edilmədikdə, məlumatların ötürülməsi sürəti də xeyli aşağı düşür.
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli, genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  





Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024